Səhvən efirə Kralın ölüm xəbərini verdilər
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Böyük Britaniyanın “Radio Caroline” radio stansiyası səhvən dinləyicilərə Kral III Çarlzın vəfat xəbərini elan edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə may ayında “The Barry Marsh Show” proqramının efiri zamanı baş verib.
Efirdə 77 yaşlı Kralın vəfat xəbəri elan olunduqdan sonra milli himn səsləndirilib, bundan sonra təxminən 16 dəqiqə ərzində sükut olub.
Bunun ardınca, proqramın aparıcısı dinləyicilərdən üzr istəyib və baş verənlərin texniki səhv olduğunu izah edib.
Bildirilib ki, həmin hazır yazını təsadüfən studiya kompüterinin texniki xidməti ilə məşğul olan əməkdaş işə salıb. O, əvvəlcədən hazırlanmış audiofayllara giriş əldə edib və yazının canlı efirdə yayımlanacağını anlamadan maraq səbəbindən onları qoşub.
Məlumata görə, əməlini dərk edən həmin əməkdaş faylın efirə verilməsini dayandırıb, panikaya düşüb və studiyanı tərk edib.
İnsidentdən sonra faylları işə salan əməkdaşa töhmət verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Avqust 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















