Icma.az
close
up
RU
Səidə Haqverdiyevadan yeni açıqlama: kimlərin adını çəkdi?

Səidə Haqverdiyevadan yeni açıqlama: kimlərin adını çəkdi?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva həyat yoldaşı Rəşad Əhmədzadə direktoru olduğu teatrda işləməsinə maneə yaradılması səbəbindən boşanmaq məcburiyyətində qaldığını bildirib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Səidə Haqverdiyeva bu məcburiyyətin yaradılmasında teatrın aktrisası Nərmin Əhmədovanı və Mədəniyyət Nazirliyində onu himayə edən şəxsləri günahlandırıb.

“Bunun nəticəsidir ki, Nərmin nəqliyyat şirkəti sahibi əri Əfsun Əhmədov və ona himayədarlıq, bir növ yuxarı dairələrdə, konkret olaraq Mədəniyyət Nazirliyində havadarlıq edən bir neçə məmurun dəstəyi sayəsində teatr rəhbərliyinə və birbaşa şəxsimə təzyiqlər və təhriklər edir” – deyə Səidə Haqverdiyeva qeyd edib.

Nərmin Əhmədova ilə aralarında olan çoxsaylı konflikt epizdolarından bəhs edən Səidə Haqverdiyevanın iddialarına görə, Nərmin Əhmədova sonda Mədəniyyət Nazirliyi qarşısında onun diplomunun nostrifikasiyadan keçmədiyi məsələsini qaldırıb:

“Qeyd edim ki, mən Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunda 2015-2020-ci illərdə bakalavr, 2020-22-ci illərdə isə magistraturada təhsil almışam. Magistratura pilləsinin son 6 ayında səhhətimlə əlaqədar təhsilimi dondurmalı oldum. Sonrakı gərgin iş qrafiki – tamaşalar, filmlər, tədbirlər səbəbindən düşündüm ki, hər iki diplomumu eyni vaxtda nostrifikasiya etdirim. Qəribə olsa da bu sadə prosesi bəzi səlahiyyət sahibləri əllərində rəhbər tutaraq həyat yoldaşım Rəşad Əhmədzadəyə “Səidənin ərizəsini alın, ikiniz bir yerdə işləyə bilməzsiniz” kimi absurd ittihamlar irəli sürürlər”.

Səidə Haqverdiyeva Nərmin Əhmədovanı himayə edən və ona təzyiq göstərənlər arasında Mədəniyyət Nazirliyinin bir neçə əməkdaşının olduğunu qeyd edib, protokol sektorunun müdiri Allahşükür Zülfüqarlının, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbovanın adlarını da çəkib.

“Ümid edirəm ki, qarşılaşdığımız bu ağlasığmaz hərəkətlərin əsaslı cavabı olacaq. Ən azı xoşbəxt ailəmi dağıtmaqdan zövq alan, həyat yoldaşıma “Ya Səidə, ya da sən işdən çıxmalısınız” tələbini edən, “Səidə işdən çıxmasa onun ictimai nüfuzuna ləkə vurarıq” kimi ultimatumlardan çəkinməyən kiçik məmurlar əməllərinə son qoyacaqlar” – Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri