Icma.az
close
up
RU
Şeirləri ilə yüzlərlə vurğun ürək arasında körpü salan ŞAİR

Şeirləri ilə yüzlərlə vurğun ürək arasında körpü salan ŞAİR

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaddaşlarda sevgi şairi kimi qalan Nüsrət Kəsəmənli çətin uşaqlıq yaşamış, yaxşı dostlar qazanmış bir insan idi. Dostları onu indi də işıqlı xatirələri ilə yada salırlar.

"Nüsrət sevgi şairi idi. XX yüzilliyin sonuna doğru saf sevginin bayağılaşdığı, bir sıra yabançı yaşam şəkillərinin həyatımıza soxulduğu, əsl məhəbbət haqqında yazmağın, sevgi etiraflarının arxaik göründüyü bir çağda Nüsrət bəzən, hətta uşaq sadəlövhlüyü təsiri bağışlayan, lakin səmimiyyəti ilə inandıran sevgi şeirləri ilə ortaya çıxdı..." Xalq şairi Sabir Rüstəmxanlının yaxın dostu Nüsrət Kəsəmənli haqqında dediyi bu fikirlər doğum günü ərəfəsində xatırladığımız mərhum şairin yaradıcılığı haqqında ən səmimi xatirələr oldu.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Ürəyi sevgi və xeyirxahlıqla dolu gənc

"Mən ondan yarım il böyük idim və bu kiçik "böyüklükdən" imtiyaz kimi geninə-boluna istifadə edir, məsələlərin həllində bu bir neçə aylıq fərqdən yapışırdım. Ancaq məncə, uzun dostluğumuz ərzində elə bir ciddi fikir toqquşmamız olmamışdı, - deyə Sabir Rüstəmxanlı xatırlayır. - Nüsrət Kəsəmənli boy-buxunlu, ötkəm, gülərüz, ömrün çətinliklərinə mərdi-mərdanə sinə gərən, etibarlı, sözü üzə deyən, xırdaçılığı sevməyən, ürəyi sevgi ilə və xeyirxahlıqla dolu bir gənc idi. Bakıya bizdən sonra gəlmişdi və elə ilk görüşümüzdən girişsiz-müqəddiməsiz bir-birimizə ürək qızdırmışdıq. Mənə elə gəlirdi ki, biz elə uşaqlıqdan tanışıq, Bakıya gətirən əziyyətli, ehtiyac dolu yollarda həmişə yanaşı olmuşuq. Bunun çox sadə bir səbəbi vardı: ilk şeirlərimizin çoxu oxşar yolların və talelərin, bənzər sevgi və ayrılıqların, doğma ruhların ifadəsi idi. Bizdən öncə şeirlərimiz yaxınlaşmışdı, onları dinləyəndən sonra təqdimata, keçmişin və kimliyin haqqında əlavə bilgiyə ehtiyac qalmır. Elə bu ruh doğmalığı hiss olunmadan Çingiz Əlioğlunu, Nüsrət Kəsəmənlini və məni yaxınlaşdırmışdı, aramızda uzun illər davam edən, ədəbi mühitimiz üçün nadir bir dostluq nümunəsi yaranmışdı. Biz xaraktercə fərqli idik, ancaq dostluğumuzun bir səbəbi də bu müxtəlif xarakterlərin bir-birini anlaması idi".

S.Rüstəmxanlı davam edir: "Nüsrət Kəsəmənlı toplumda itib-batan adam deyildi, onu dost da görürdü, düşmən də. Elə ilk görüşdən yaddaşlara həkk olunurdu. Şeirləri də belə idi, ilk oxunuşdan oxucu qəlbində yer qazanırdı. Dözümlü idi, ancaq qəfildən tufan qoparmağı da vardı. Ədəbi taleyi ona uşaqlıq taleyini unutdurmadı, Bakı sevgisi Ağstafanın "ata-ana sevgisizliyinin", "anları coraba toxuyan", "yumaq açıldıqca bükülən" nənənin boynuna dolanmaq üçün açılan qollarının yerini doldurmadı. Bu dərdlər şeirə keçdikcə ədəbiləşdi və əbədiləşdi, paylandı, hamının malı oldu".

S.Rüstəmxanlı deyir ki, bu gün də Nüsrətin sevgi şeirləri yüzlərlə vurğun ürək arasında körpü salır, eşq məktublarını bəzəyir. "Getmək istəyirsən", "Bilsəm yalan deyirsən", "Əllərin nə yaman soyuqdur, gülüm", "İsti yağışlar yağır", "Etiraf", "İkimizin yerinə", "Allahım, ayırma bizi" və başqa şeirləri təkcə Nüsrət Kəsəmənlinin deyil, ötən əsr sevgi lirikamızın ən gözəl örnəkləri sırasındadır... Nüsrətin bənzərsiz publisistikası vardı. Televiziyada unudulmaz verilişlər aparırdı. Sənədli filmimizin inkişafında xidmətləri danılmazdır. "Bakı" qəzetində işlədiyi illərdə balaca xəbər köşələrini sözünün gücü ilə necə genişləndirdiyini, xırda olayları obrazlı və şairanə dillə necə ətə-qana doldurduğunu yaxşı xatırlayıram. Onun gözəl insan və böyük istedad sahibi olması, iri bədənində kövrək uşaq ürəyi gəzdirməsi barədə çox yazmaq olar..."

Bütün gənclərin sevimlisi

"Nüsrətlə tanışlığım hələ biz tələbə olmamışdan -1965-ci ilin sonundan başlayıb, - deyə tənqidçi Vaqif Yusifli xatırlayır. - Yuxarı sinif şagirdlərinin respublika toplanışında bir neçə şagirdlə Masallı rayonunu təmsil edirdim. Səhərlər digər rayonlardan gələn uşaqlarla birgə Bakını gəzdirirdilər. Avtobusda olanda hamımızdan fərqlənən iri cüssəli oğlanı görürdüm. Hamı onun başına toplaşırdı. O da şeir deyirdi. Mən də ona yaxınlaşdım. O zaman şeir yazırdım. Şeiri ona göstərdim, əl gəzdirdi. Sonra bizim dostluğumuz başladı".

V.Yusifli deyir ki, 1967-ci ildə hər ikisi universitetin filologiya fakültəsinə daxil olublar:

"Nüsrət 2-3 il oxuyandan sonra qiyabiyə keçdi. Onu nənəsi saxlayırdı, dolana bilmirdi, ailəsində problemlər vardı. Dostluğumuz sonra da davam etdi. Mən onun yaradıcılığından bir neçə məqalə yazmışam. Bir kitabını da mənə bağışlayıb və "Qədim dostum Vaqifə" yazıb".

V.Yusifli xatırlayır ki, Nüsrət Kəsəmənli zamanında bütün tələbələrin, gənclərin sevimlisi olub:

"Nüsrət gözəl şair idi. Bütün cavanlar - sevən, sevilən oğlanlar, qızlar onun şeirlərini oxuyurdular. Onun sevgi şeirləri çox məşhur idi. Oğlanlar-qızlar görüşə gedəndə Nüsrətin şeirlərini aparırdılar. Nüsrətin bir neçə şeirlər kitabı çapdan çıxıb. Heyif ki, ağır xəstəliyə tutuldu. Nüsrətin ölümü məni çox sarsıtdı..."

Səmimiyyətin daşıyıcısı

"Nüsrət Kəsəmənli mənim yaddaşımda dərin iz buraxmış insan və şairdir, - deyə ədəbiyyatşünas alim, professor Rüstəm Kamal xatırlayır. - Nüsrət 20-ci əsr Azərbaycan poeziyasında çox nadir bir dəyərin - səmimiyyətin daşıyıcısı idi. Onun sevgi şeirləri səmimi gerçəkliyi ilə oxucuların diqqətini çəkdi. Ölümündən sonra da Nüsrətin şeirlərini oxuyurlar. Qələm adamı gah sevgidən, gah ölümdən yazar. Nüsrət bunların ikisindən də yazıb. Nüsrətə "sevgi şairi" deyirlər. Bu, böyük statusdur. Çünki Azərbaycan ədəbiyyatında cəmi bir neçə nəfəri o statusla şərəfləndirmək olar. Nüsrət həmişə bir janrı - nağıl janrını təkrarlayırdı. Ona elə gəlirdi ki, həyat da, sevgi də, ölüm də bir nağıldır. O öz ömrünü də bir nağıl kimi yaşadı. Nüsrət nağıl qəhrəmanı idi. O, öz yaşıdları içərisində bəlkə də yeganə şair idi ki, özü haqqında mif, rəvayət yarada bildi. Nüsrətin yaşı 60-ı ötdü, amma gənclərin gözündə gənc kimi qaldı. Elə bir nəsil yoxdur ki, onun adı ilə obrazını eyniləşdirməsin. Bu, nadir xoşbəxtlikdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri