Icma.az
close
up
RU
Şəkəri və təzyiqi olanlara qurban payı əvəzinə pul verin İlahiyyatçı

Şəkəri və təzyiqi olanlara qurban payı əvəzinə pul verin İlahiyyatçı

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qurban bayramına sayılı günlər qalıb. İnsanlar bayram bazarlığına çıxır, qurbanlıq qoyun alırlar.

Bəs bayramda hər kəs qurban kəsməlidir? Qurbanlıq ala bilməyənlər bunun əvəzində nə edə bilərlər?

İlahiyyatçı Elşad Miri Lent.az-a bildirib ki, biz zənn edirik ki, bu günlərdə, yəni Zilhiccə ayında qurban kəsmək lazımdır: 

“Bizdə bayramda mütləq qurban kəsilir. Xüsusən ucuz olduğu üçün də çox vaxt qurbanlıq qoyun-quzu olur. Həmin ətlərdən hətta şəkər, təzyiq xəstəliyi olan insanlara da verilir. Bu doğru yanaşma deyil. Bu cür qurban kəsmək yerinə, nəzərdə tutulan vəsaiti kasıb və ehtiyac sahiblərinə xərclənilsə, gənclərin təhsil haqqına köməklik edilsə daha doğru olar”. 

E.Miri həcc ziyarətlərinin görünməyən tərəflərinə də toxunub:

“Bu gün müsəlmanların getdikləri həcc ziyarəti Allahın istədiyi həcc deyil. İndi oraya yığışan insanlar kəbənin ətrafında təvaf edirlər, Məqami İbrahim deyilən yerdə namaz qılırlar, Zəm-zəm suyu içirlər, Səfa və Mərvə təpələri arasında qaçırlar, Minada gecələyirlər, Ərafat dağına gedirlər, Muzdəlfədə gecələyib, daş yığıb güya “şeytan daşlayırlar”, sonda bir dəfə də təvaf edib, həcc ziyarətini sonlandırırlar. Bu İslam dininin bildirdiyi həcc deyil. 

Minada, Ərafatda insanlar arasında 10 sm məsafə belə, olmayan çadırlarda yatırlar. Orada təbii ehtiyaclarla bağlı çox ciddi problemlər yaşanır. Həmin yerlərdə natəmiz vəziyyətə şahid olunur. Əslində isə həcc hökumət rəhbərliyinin və yaxud onun təmsilçisinin, dövlət başçısının və onun nümayəndəsinin bir yerə yığışması və oradakı məsələlərin həll edilməsi ilə bağlıdır.
Həmçinin həcc zülmə məruz qalanlar, boyunduruq altında olan insanlar üçün problemlərin həlli yeridir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 İyun 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri