Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Şəkərli diabet haqqında ən vacib BİLGİLƏR

Şəkərli diabet haqqında ən vacib BİLGİLƏR

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada hal-hazırda 430 milyondan çox şəkərli diabet xəstəsi var. Yəni dünyada hər 11 adamdan biri diabet xəstəsidir. Lakin 1980-ci ildə bu rəqəm 108 milyon idi.

Gördüyümüz kimi, cəmi 40 ilə 4 dəfə artıb. Hesablamalara görə tədbirlər görülməsə bu rəqəm 2030-cu ildə 630 milyona qədər çatacağı gözlənilir.

Azərbaycanda bu rəqəm 430 000-dən çoxdur. Hal-hazırda şəkərli diabet ölümə gətirib çıxaran xəstəliklərin içərisində 8-ci yerdədir. Hər il 3,7 milyon insan Diabet və onun ağırlaşmalarından dünyasını dəyişir.

Şəkərli diabet xəstəliyi qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksək olmasıdır. 4 növü var:

- 1-ci tip şəkərli diabet

- 2-ci tip şəkərli diabet

- Hestasion( yəni hamilələrin diabeti)

- Digər xəstəliklər fonunda əmələ gələn diabet

Diabet xəstələrinin 90 %-dən çox hissəsini 2-ci tip şəkərli diabet tutur. Bu 400 milyona yaxın pasient deməkdir.

Gəlin araşdıraq. Niyə bu qədər sürətlə artır? İnsanlar bu xəstəliyə tutulmamaq üçün nə edə bilərlər?  Hansı əlamətləri var? Hansı insanlar risk qrupundadır?  Niyə bu qədər çox ağırlaşmaları var? Diabet xəstələri ağırlaşmaları olmasın deyə nə edə bilərlər?

- Niyə bu qədər sürətlə artır? Bu xəstəlik artmasın deyə hansı tədbirlər görmək olar?

- Şəkərli diabet xəstələrinin 80%-i piylənmə və artıq çəkidən əziyyət çəkən insanlardır. Bu insanlar  orqanizmə ehtiyac olduğundan çox  qida qəbul edirlər. Bu qidalanma sağlam qidalanma deyil.  Əksinə karbohidratlarla zəngin qidalanmadır. Yanaşı olaraq fiziki hərəkətsizlik və oturaq həyat tərzi də önəmli rol oynayır.

Bəzi pasientlər nəsil faktorunu da bəhanə gətirirlər. Bəli genetik faktor da rol oynayır. Lakin bu 25%-dir. Deməli, insanlar sağlam qidalanma, arıqlama və fiziki aktivliyi həyat tərzi etsələr, bu xəstəliyə tutulma riskini azaldarlar.

- Hansı əlamətləri var?

- İlk olaraq onu qeyd etmək istəyirəm ki, diabet xəstələrinin 50%-i heç bir əlamət hiss etməyə bilər. Bu o deməkdir ki, heç bir şikayəti olmayan insan təsadüfi və ya chek-up müyinəsində qanda şəkərin yüksək səviyyəsi ilə rastlaşa bilər. Amma pasient aşağıdakı əlamətlərin bir və ya bir neçəsini hiss edə də  bilər.

Daha çox rast gəlinən əlamətlər: poliuruya (çoxlu sidiyə getmə), gecə sidiyinin əmələ gəlməsi, susuzluq,maye qəbulunun artması,  ağız quruluğu, iştahın artması fonunda  qida qəbulunun artması, halsızlıq, tez yorulma,fiziki iş qabiliyyətinin azalması,  çəki dəyişikliyi, yuxudan çətin oyanma, görmədə bulanıqlıq, qaşınma, ayaqlarda “qarışqa gəzməsi” hissi, təkrarlanan göbələk infeksiyaları və s.

- Hansı insanlar risk qrupuna girir?

1) 45 yaşdan yuxarı insanlar;

2) Artıq çəki və ya  piylənməsi olanlar( BKI>25 kg/m2);

3) Birincili dərəcələi qohumlarda Diabet xəstəsinin olması;

4) Fiziki aktiv olmayan həyat tərzi;

5) 4kg-dan böyük uşaq dünyaya gətirmiş qadınlar;

6) Yumurtalıqları polkistozu  sindromu olan qadınlar;

7)  Acqarına şəkəri yüksək olan insanlar;

8) Qlukozaya qarşı tolerantlığı pozulmuş insanlar;

9) İnsulinə qarşı rezistentliyi olan insanlar;

10) HbA1c>5,7 olan insanlar;

- Niyə bu qədər çox ağırlaşmaları var?

- Şəkərli diabet damarların xəstəliyidir. Belə ki, xroniki hiperqlikemiya fonunda kiçik kapilyarlar zədələnir və mənfəzi tutulur. İlk olaraq sinir və damarları qidalandıran kiçik damarlar - kapilyarlar zədələnir (siniri və damarı qidalandıran xüsusi damarlar var - vaso nevrosum və vaso vasorum). Nəticədə zamanla sinir və damarlar qidalanması pozulduğu üçün zədələnir. Bu proses uzun illər gedə bilər və pasient bunu hiss etməyə bilər. İllər sonda biz artıq ağırlaşmaları olan diabet xəstələrini görürük.

Şəkərli diabetin ağırlaşmaları arasında bunlar var: neyropatiya, angiopatiya, infarkt, insult (makroangiopatiya), böyrək çatışmazlığı (nefropatiya), korluq (retinopatiya), aşağı ətrafların arterial damarların tutulması (bu zaman ayaqda olan kiçik yara belə amputasiyaya gətirib çıxara bilər).

- Diabet xəstələri ağırlaşma olmasın deyə nə edə bilərlər?

- Şəkərli diabet pasientləri müəyyən şərtlərə əməl etsələr, bu ağırlaşmalar ilə qarşılaşma riskini azaltmış olaralar:

1) Qanda şəkərin səviyyəsi normal həddlərdə saxlamaq (HbA1c

2) Qanda lipid fraksiyalarını normal səviyyədə saxlamaq (LDL40 (kişilərdə), 50 (qadınlarda); Trigliseridlər

3) Arterial təzyiq normal saxlamaq ( 130/80 mmc süt. )

4) Pəhriz saxlamaq və artıq çəkinin vermək.

5) Aktiv hərəkət (həftədə 150 dəq olmaqla və ya günlük 10 000 addım)

6) Siqareti tərgitmək;

7) Şəxsi gigiyena qaydalarına (xüsusilə, ayaq, dırnaq tutulması, dəri, diş) riayət etmək.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri