Şəki Beynəlxalq Teatr Festivalında özbək yazıçısının komediyası oynanılıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Şəki, 2 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
IV Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçılara məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyasını təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşada Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddin və onun beş arvadından bəhs edilir.
Səhnə əsərinin rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov ifa ediblər.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
Festival çərçivəsində dekabrın 3-də tamaşaçılara Qazaxıstanın Atındağı Vilayət Qazax Musiqili Dram Teatrı tamaşaçılara Bəxtiyar Vahabzadənin “Göytürklər” əsərini təqdim edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 Dekabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















