IV Şəki Beynəlxalq Teatr Festivalında “Eşq vadisi” nümayiş olunub
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
IV Şəki Beynəlxalq Teatr Festivalı artıq dördüncü gündür ki, tamaşaçıları bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, festival çərçivəsində Özbəkistan Respublikasının Səmərqənd Vilayəti Musiqili Dram Teatrı tamaşaçılara böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin “Quşların dili” əsərindən götürülmüş “Eşq vadisi” tamaşasını təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Şuxrat Sanaqulov, quruluşçu və geyim üzrə rəssamı Kamoliddin Raxmatov, baletmeysteri Madinaxon Erqaşeva, xormeysteri Aziz Muminov, dirijoru Uktam Tilavovdur.
Sufi ənənələrinə müraciət edilən tamaşada insanlara inamın, mənəviyyatın nə qədər vacib olduğu göstərilir, Allaha sevgi və ona çatmaq arzusu bildirilir.
Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Sonda kollektivə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
Beynəlxalq Teatr Festivalının sonuncu günü, dekabrın 5-də Gəncə Dövlət Milli Dram Teatrı tamaşaçılara “Toros canavarı” tamaşasını təqdim edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 04 Dekabr 2024 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















