Icma.az
close
up
RU
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Caspian Energy Club”ın üzvləri ilə görüşüb

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Caspian Energy Club”ın üzvləri ilə görüşüb

Icma.az bildirir, Azertag portalına istinadən.

“Caspian Energy Club”a üzv olan şirkət rəhbərləri və nümayəndələri növbəti “Grand CEO Tour” layihəsi çərçivəsində Şəki şəhərinə səfər ediblər.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Səhər saatlarında Milli Biznesin İnkişafı Forumunun on birinci xüsusi sessiyası keçirilib. Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunub. Forumda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fəxri qonaq qismində iştirak edib.

Forum çərçivəsində iştirakçılar yerli biznesin inkişaf perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları və regionda sahibkarlığın dəstəklənməsi məsələlərini müzakirə ediblər. Çıxışlar zamanı Şəki rayonunun əsas təsərrüfat istiqamətləri olan taxılçılıq, maldarlıq, tütünçülük, üzümçülük, ipəkçilik və baramaçılıq sahələrində görülən işlər, əldə olunan nəticələr və mövcud potensial barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu sahələrin inkişafı regionun sosial-iqtisadi həyatında vacib rol oynayır və kənd təsərrüfatı istehsalının genişlənməsinə mühüm töhfə verir.

“Şəki rayonunun iqtisadi inkişafının təmin olunması, burada biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri - neft sektorunda xüsusi çəkiyə malik olan kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsi məqsədilə lazımi şərait yaradılmaqla rayona investorlar cəlb olunur. Özəl investisiyanın rayona cəlb olunması müxtəlif sahələrin inkişaf etdirilməsi ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm rol oynayır”, - deyə Elxan Usubov qeyd edib.

“Şəki şəhərində keçirilən bu forum biznes dairələri üçün geniş imkanlar açdı. Biz regionun iqtisadi potensialını bir daha yerində görmək və yerli sahibkarlarla məhsuldar dialoqlar qurmaq fürsəti qazandıq. İnanırıq ki, belə təşəbbüslər yeni əməkdaşlıqların təməlini qoymaqla yanaşı, uğurlu layihələrin gerçəkləşməsinə də yol açacaq”, - deyə Telman Əliyev bildirib.

Forumun davamında interaktiv dialoq formatında təşkil olunmuş müzakirələrdə sahibkarların müxtəlif mövzularda səsləndirdikləri suallar ətraflı cavablandırılıb. Sessiyanın sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova “Caspian Energy Club”ın fəxri üzvlük sertifikatı təqdim olunub.

Tədbir ənənəvi “networking” üçün nəzərdə tutulmuş çay süfrəsi ilə yekunlaşıb. Səmimi mühitdə keçən bu hissədə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər heyəti, müxtəlif dövlət idarələrin nümayəndələri və özəl sektorun aparıcı müəssisələrin arasında açıq fikir mübadiləsi aparılıb və yeni tərəfdaşlıq imkanları müzakirə edilib.

Günün ikinci yarısında isə “Grand CEO Tour” çərçivəsində iştirakçılar Şəkidə fəaliyyət göstərən bu şəhərin tarixi mətbəx ənənələrini qoruyan Əliəhməd Şirniyyat Evini və beynəlxalq bazarlarda öz keyfiyyətli məhsulları ilə tanınan Şəki Şərab Zavodunu ziyarət ediblər. Onlar yerli istehsal prosesləri ilə tanış olaraq, müəssisələrin texnoloji imkanlarını, biznes strategiyalarını və inkişaf planlarını yerində öyrəniblər.

“Bizim məqsədimiz üzvlərimizi Azərbaycanın müxtəlif regionlarındakı qabaqcıl müəssisələrlə tanış etmək və onlara yeni işgüzar əlaqələr qurmaq üçün şərait yaratmaqdır. Şəki şəhəri də məhz bu strategiyanın uğurlu təzahürüdür”, - deyə Telman Əliyev söyləyib.

“Caspian Energy Holding” haqqında qısa məlumat “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:“Caspian Energy Club”,“Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”,“Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı, hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri