Icma.az
close
up
RU
Şəki teatrı öz üslubu, yaradıcılıq dəstxəti olan bir kollektivdir

Şəki teatrı öz üslubu, yaradıcılıq dəstxəti olan bir kollektivdir

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün çox təntənəli bayramdır. Şəkidə peşəkar teatrın yaranmasının 145 illiyi tamam olur. Burada artıq dördüncü dəfə beynəlxalq teatr festivalının keçirilməsinin özü böyük bir hadisədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri IV Şəki Beynəlxalq Teatr Festivalında iştirak edən Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli söyləyib.

Şəki teatrının gözəl ənənəsinin olduğunu vurğulayan professor deyib: “Əvvəla onu deyim ki, milli dramaturgiyamızın banisi də şəkili olub. Şəkidə ilk teatr tamaşası göstərən pedaqoq da şəkili olub. Bizim rayon teatrlarının arasında yeganə Şəkidir ki, kolxoz, sovxoz teatrı olmayıb, əvvəldən dövlət teatrı olub. 1930-cu ildə açılıb, 1932-ci ildə bağlanıb, 1933-cü ildə yenidən açılıb. Sonra yenə bağlanıb və 1936-cı ildə yenidən açılıb və 1949-cu ilədək fəaliyyət göstərib. Təsəvvür edin, burada Yusif Vəliyev kimi nəhəng aktyor çalışıb. 1975-ci ildə teatrın yaradıcılığı yenidən bərpa olunub və bu günə qədər də davam edir. Şəki teatrında gözəl sənətkarlar, aktyorlar yetişib, istedadlı rejissorlar çalışıb. Fərəhli haldır ki, SSRİ Xalq artistlərindən ikisi – İsmayıl Osmanlı və İsmayıl Dağıstanlı məhz Şəki dram dərnəyindən çıxıblar. Azərbaycanın Xalq artistləri Yusif Vəliyev, Məmməd Bürcəliyev, Sədayə Mustafayeva, Cahangir Növruzov məhz Şəki teatrının yetirmələridirlər”.

Festivalın əhəmiyyətini yüksək qiymətləndirən İlham Rəhimli deyib: “Şəki teatrı bu gün Azərbaycan teatr məkanında öz sözü, üslubu, yaradıcılıq dəst-xəti olan bir kollektivdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Dekabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri