Şəki Tibb Kollecində Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəki, 17 noyabr, AZƏRTAC
Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Tibb Kollecinin birgə təşkilatçılığı ilə 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş “Müstəqilliyin bərpasına aparan yolun başlanğıcı” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda bildirilib ki, 1988-ci il noyabrın 17-də başlayan kütləvi xalq etirazları milli-azadlıq hərəkatı kimi tarixə düşüb. Bu hadisələr Azərbaycanda ictimai-siyasi fikirdə dönüş yaradıb və sonradan dövlət müstəqilliyinin bərpasına aparan ideoloji zəmini formalaşdırıb. Tariximizdə Milli Dirçəliş Günü kimi əbədiləşən Meydan hərəkatı xalqımızın tarixi yaddaşının oyanmasında və istiqlaliyyət mübarizəsində mühüm mərhələ olub.
Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyi Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində əbədi və dönməz xarakter alıb. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi yeni inkişaf mərhələsinə yüksəldib, Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə və mühüm beynəlxalq layihələrin təşəbbüskarına çevirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfər sayəsində isə ölkəmizin ərazi bütövlüyü tam təmin olunub.
Sonra 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir kollec tələbələrinin ifasında ədəbi-bədii və musiqi nömrələri ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 17 Noyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















