Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Şəkidə ailəli kişi sevgilisini dağa aparan zaman qəzaya düşdü: özü öldü, qadın yaralandı

Şəkidə ailəli kişi sevgilisini dağa aparan zaman qəzaya düşdü: özü öldü, qadın yaralandı

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Təbrizin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Redaktor.az teleqraf.az-a istinadla xəbər verir ki, hadisə 20 noyabr 2024-cü ildə baş verib.

Rayonun Baş Göynük kənd sakini Təbriz həmin gün saat 14 radələrində özünə məxsus “Mercedes Benz 190” markalı avtomobili ilə yüksək sürətlə rayonunun Qudula kənd yolunda Şəki şəhəri istiqamətində hərəkət edib. O, idarə etməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobilin sağ arxa oturacağında əyləşmiş 1998-ci il təvəllüdlü Mətanət xəsarət alıb. 1991-ci il təvəllüdlü digər sərnişin Zamir İsmayılov xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, noyabrın 21-də xəstəxanada ölüb.

Hadisəni törədən Təbrizin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təbriz bildirib ki, təxminən 15 ildən artıqdır avtomobil idarə edir: “Anama məxsus “Mercedes Benz 190” markalı avtomobili etibarnamə əsasında idarə edirəm. Noyabrın 20-də təxminən saat 10 radələrində yaşadığım kənddə icra nümayəndəliyinin binasının qarşısında dayanmışdım. Həmkəndlim Zamir yanıma gəldi. Şəki şəhərinə gedib-gəlməyimizin mümkün olub-olmadığını soruşdu. Onunla razılaşdıq.

Zamir maşının qabaq sağ oturacaqda əyləşdi. Şəki avtovağzalı istiqamətinə hərəkətə başladıq. Şəkidə düşüb çay içdik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Zamirin tanışı olan, adını sonradan bildiyi Mətanət də ora gəlib: "Hər ikisi avtomobilə əyləşdi. Zamir qabaq sağ oturacaqda, Mətanət isə arxa sağ oturacaqda oturdu.

Zamir dedi ki, Şəkinin Qudula kəndinə gedib, oranı hərləndikdən sonra yaşadığımız Baş Göynük kəndinə qayıdarıq. Avtovağzaldan çıxdıq, maşını üzü Qudula kəndi istiqamətinə sürdüm. Təxminən saat 14 radələrində Qudula kəndinə çatmağa az qalmış sürəti 120-yə qaldırdım. Bu vaxt partlayış səsi eşitdim və avtomobilin arxa sol tərəfindəki təkərin partladığını hiss etdim. Özümü itirdim, əlimi sükandan çəkdim. Avtomobil yolun əks istiqamətinə, kənardakı torpağa çıxdı və bir dəfə aşdı.

Özümə gələndə Təcili Tibbi Yardım avtomobilinin gəldiyini, Zamirlə Mətanəti təcili yardım avtomobilinə mindirərək apardıqlarını gördüm. Sonra məni də təcili yardım avtomobilinə mindirib Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirdilər”.

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə və mərhumun hüquqi varisi ilə barışıq əldə edib. Onun ifadəsinə görə, himayəsində yaşlı ata və anası var, əməlindən səmimi peşmançılıq çəkir.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mətanətin sözlərinə görə, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla tək yaşayır: “Təxminən 3-4 aydır Zamiri tanıyırdım, aramızda sevgi münasibətləri vardı. Noyabrın 20-də təxminən saat 9 radələrində Zamirlə telefonla danışdım, mənə Şəki rayonuna gəlməyimi, bir gün onunla qalmağımı təklif etdi. Əvvəl razılıq verməsəm də, sonra razılaşdım”.

Zərərçəkmiş qeyd edib ki, noyabrın 20-də saat 13 radələrində Şəki avtovağzalına gəlib: “Orada Zamir və Təbriz mənə birlikdə dağa getməyi təklif etdilər. “Mersedes Benz 190” markalı avtomobilə əyləşdik. Birlikdə Şəki rayonunda tanımadığım yüksəklik olan yerə getdik. Orada bir az durduqdan sonra yenə avtomobilə mindik, mən arxa sağ oturacaqda, Zamir qabaqda əyləşdi.

Yolda Təbrizlə Zamir birlikdə Zamirin əlində olan mobil telefondakı “TikTok” sosial platformasında videolara baxırdılar. On beş dəqiqə keçərdi, qəfil qarşıdan üzərimizə avtomobil gəldiyini gördüm. Təbrizin fikri yayındığı üçün gələn avtomobili görmədi, sükanı buraxdı, maşın yolun əks istiqamətinə çıxdı, 7-8 dəfə dövrə vuraraq aşdı.

Zamir zərbənin təsirindən avtomobilin pəncərəsindən çıxaraq yerə düşdü. Mən də Zamirin yanına düşdüm. Təbriz isə avtomobilin içərisindən özü çıxdı. Mən və Zamiri təcili yardım avtomobilinə mindirdilər. Bizi Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirdilər. Mənə ilkin tibbi yardım göstərdilər”.

Zərərçəkmiş mərhum Zamirin hüquqi varisi qismində onun həyat yoldaşı çıxış edib. O bildirib ki, Şəki rayonunun Baş Göynük kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Zamirlə 2012-ci ildə kəbinlə ailə həyatı qurmuşam, rəsmi nikahda olmasaq da, 2024-cü ilədək ər-arvad münasibətlərində birgə yaşamışıq. 2013-cü il təvəllüdlü qızımız, 2017-ci il təvəllüdlü oğlumuz dünyaya gəlib”.

Hüquqi varis qeyd edib ki, noyabrın 20-də saat 16 radələrində Şəki rayonu Baş Göynük kəndində yaşadığı evdə olan vaxt qaynanası ona yol-nəqliyyat hadisəsi baş verdiyini deyib: “Qaynanam Qənirə ilə birlikdə xəstəxanaya getdik. Sonra məni və qayınanamı evə yola saldılar. Noyabrın 21-də saat 6 radələrində qardaşım mobil telefonuma zəng edərək ərim Zamir İsmayılovun öldüyünü bildirdi”.

Bu cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb. Təbriz 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib. 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see282

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see274

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see249

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see205

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see181

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see142

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see141

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see141

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see136

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see134

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri