Şəkidə ciyər axşamı nda dava düşdü İcra nümayəndəsi bələdiyyə sədrini vurdu
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.
"AzPolitika" "Teleqraf"a istinadla xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.
Kənddə toydan əvvəlki axşam məclisində ("ciyər axşamı"nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.
Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.
Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.
Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.
Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.
Faktla bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma başlanıb.
Baxış sayı:158
Bu xəbər 31 Oktyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















