Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəki şəhərində küçə itlərinin kütləvi şəkildə öldürülməsi ilə bağlı görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda itlərin bir qisminin artıq öldüyü, digərlərinin isə ağızlarından köpük gələrək can verdiyi görünür.
Şəhər sakinlərinin sözlərinə görə, heyvanlar ictimai ərazidə zəhərlənərək öldürülüb. Onlar bu hadisədə Şəki Rayon İcra Hakimiyyətinin nümayəndələrini ittiham edirlər.
Küçə heyvanlarının kütləvi şəkildə öldürülməsi qəbuledilməz qəddarlıq və özbaşınalıqdır. Əgər sakinlərin iddiaları təsdiqini taparsa, hadisəyə görə məsuliyyət daşıyan şəxslər müəyyənləşdirilməli və qanun qarşısında cavab verməlidirlər. Küçə heyvanları ilə bağlı problem onların amansızlıqla öldürülməsi yolu ilə deyil, qanuni və humanist üsullarla həll olunmalıdır.
Təəssüf ki, bu, heyvanların kütləvi şəkildə öldürülməsi ilə bağlı ilk hadisə deyil. Buna bənzər halların yenidən gündəmə gəlməsi belə hadisələrin qarşısının alınması üçün görülən tədbirlərin yetərli olub-olmadığı barədə ciddi suallar yaradır. Heyvanlara qarşı qəddarlığa görə məsuliyyətin sərtləşdirilməsi fonunda bu cür görüntülərin yayılması vəziyyətin nəzarətdə saxlanılmadığına dair narahatlıqları artırır.
Məsələ ilə bağlı mövqeyini öyrənmək üçün Şəki Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, qurumun təqdim etdiyi əlaqə nömrəsi işləmədi.
Sakinlər aidiyyəti qurumları baş verən hadisəyə dərhal hüquqi qiymət verməyə, heyvanların ölümünə səbəb olan halları araşdırmağa və məsul şəxslər barəsində qanunauyğun tədbirlər görməyə çağırırlar. Bu cür qəddarlıq iddialarının cavabsız qalması və təkrarlanması yolverilməzdir.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228143.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 23 Oktyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















