Şəkidə Mercedes ağaca çırpıldı: ana öldü, oğlu yaralandı
Lent az saytına istinadən Icma.az xəbər verir.
Şəkidə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə gecə saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobil ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Baxış sayı:99
Bu xəbər 25 Aprel 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















