Şəkidə oteldə yanğın olub, beş nəfər təxliyə olunub
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəkidə oteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M. Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəli "İSSAM" oteldə yanğın baş verib.
Yanğın nəticəsində otelin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yanğın zamanı tüstülənmiş otaqlardan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 01 Sentyabr 2026 04:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















