Türkiyədən Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Türkiyə hökumətinin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, diplomat bunun bölgədə sülh üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Ermənistan Konstitusiyasında mühüm dəyişiklik edilib, Türkiyə ilə fikir ayrılığına səbəb olan müddəa çıxarılıb. Həmişə qeyd etdiyim kimi, cənab Nikol Paşinyan dialoq prosesində konstruktiv və səmimi tərəfdaşdır. Bu, təkcə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi baxımından deyil, həm də regionda davamlı sülh və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - Sərdar Kılıç vurğulayıb.
Noyabrın 23-də təqdim olunan Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad yoxdur.
Layihədə həmçinin qondarma erməni soyqırımı ilə bağlı məqamlar da yer almayıb.
Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik tələb edirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Noyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















