Şəkidə “Yay məktəbi” layihəsi uğurla yekunlaşıb
Icma.az bildirir, Sia Az portalına istinadən.
Şəki şəhərində təşkil olunan, üç gün davam edən və 120-dən artıq uşağın iştirak etdiyi “Yay məktəbi” başa çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Vüsal Həsənovun verdiyi məlumata görə, məqsəd uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənət sahələrinə marağının artırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. Üç gün ərzində iştirakçılar üçün müxtəlif istiqamətlər üzrə təlimlər və ustad dərsləri keçirilib.
“Yay məktəbi”nin son günündə Şəki şəhər Yuxarı Karvansaray kompleksində rəqs və ədəbiyyat saatı təşkil olunub. Təlim zamanı uşaqlar öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanıb, yaradıcılıq sahəsində yeni bilik və təcrübə əldə ediblər.
Layihənin yekunu olaraq iştirakçıların hazırladıqları rəsm, heykəltaraşlıq və rəqəmsal incəsənət (digital art) işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən əsərlər iştirakçıların yaradıcılıq potensialını və layihə müddətində qazandıqları bacarıqları əyani şəkildə əks etdirib.
“Yay məktəbi” layihəsi uşaqların incəsənətə olan marağının daha da artırılmasına, onların yaradıcı düşüncə və bacarıqlarının inkişafına mühüm töhfə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 05 Avqust 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















