Icma.az
close
up
RU
“Yay Fest”in “Vətənpərvərlik” düşərgəsi uğurla yekunlaşıb

“Yay Fest”in “Vətənpərvərlik” düşərgəsi uğurla yekunlaşıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 16 avqust, AZƏRTAC

Şamaxıda təbiət qoynunda keçirilən Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest”in səkkiz düşərgəsindən sayca altıncısı olan “Vətənpərvərlik” düşərgəsi uğurla yekunlaşıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çadır formatlı düşərgə respublikanın müxtəlif regionlarından, o cümlədən Qazaxıstan, Özbəkistan və Qırğızıstandan xarici qonaqların da olduğu 250 gənci bir araya gətirib. Düşərgənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı Qələbənin tarixi əhəmiyyətini təbliğ etmək, gənclərdə milli-mənəvi dəyərlərə sadiqlik, tarix və mədəniyyətə bağlılıq hisslərini gücləndirmək, eyni zamanda, gənclər arasında beynəlxalq dostluq və əməkdaşlıq körpüsü qurmaq olub.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan festivalın bu həftəki proqramında gənclərin vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, dövlətçilik prinsiplərinə uyğun hərtərəfli inkişafını təmin etmək məqsədilə görüşlər, interaktiv təlimlər, motivasiyaedici sessiyalar və komanda oyunları həyata keçirilib. Hər bir fəaliyyət gənclərə Azərbaycanın güclü sabahının onun vətənpərvər və bilikli gəncləri ilə birbaşa bağlı olduğunu aşılayıb.

Düşərgə müddətində təşkil edilən “Startap bacarıqları” və “Səhnədə sən” vörkşopları, eko çanta master-klassı, intellektual oyun və “Bu şəhərdə” kollektivinin sevimli simaları Rafael İsgəndərov və Coşqun Rəhimov ilə görüş gənclərin şəxsi inkişafını dəstəkləmək, peşəkar bacarıqlarını, yaradıcılıqlarını artırmaq və motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda, Vətən müharibəsi qaziləri ilə görüş, “Qələbə carçıları” mövzusunda teleaparıcı Jalə Həsənli ilə görüş, “Könüllülük və milli kimlik: Müasir çağırışlar və imkanlar” panel görüşü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovla gənclərin səmimi görüşü və ANAMA-nın əməkdaşlarının təqdimatında “Müharibədən sonra həyat: Minatəmizləmə və yenidən qurma” adlı maarifləndirici sessiya iştirakçıların vətənpərvərlik ruhunu daha da yüksəldib. Düşərgə boyunca keçirilən fəaliyyətlər gənclərə Vətən sevgisini daha dərindən hiss etdirməklə yanaşı, müxtəlif mədəniyyətlərin bir-birilə vəhdət təşkil etdiyi unikal bir təcrübə qazandırıb. Hər günün sonunda təşkil edilən konsert proqramı, xarici qonaqların da iştirakı ilə baş tutan “Mədəniyyət gecəsi” və ocaq ətrafında səmimi söhbətlər gənclər üçün unudulmaz xatirəyə çevrilib.

Ümumilikdə 2000-dən artıq gəncin iştirakının planlaşdırıldığı “Yay Fest 2025” avqustun 29-dək davam edəcək və festival çərçivəsində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib diplomatiya” mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.

Gənclər üçün ənənə halını alan və beçinci dəfədir ki, təşkil edilən “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Gənclər http://yayfest.az/ veb-səhifəsinə daxil olaraq sonuncu “Qalib diplomatiya” düşərgəsinə qatılmaq üçün qeydiyyatdan keçə və seçim mərhələsində iştirak edə bilərlər.

Seçim prosesində ictimai fəallığı ilə fərqlənən namizədlərə üstünlük veriləcək.

Festivalın dinamik proqramı, maraqlı yenilikləri və ən son xəbərləri izləmək üçün “Yay Fest”in istaqram səhifəsini (www.instagram.com/yayfest.az/) izləyə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri