Səkini özəlləşdirib parkinqə çeviriblər Piyadalar avtomobil yoluna çıxmağa məcbur olur FOTOSESİYA
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxt küçələrində səkilərin obyektlər və sürücülər tərəfindən özəlləşdirilməsi halları hələ də davam edir.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonunda actobus dayanacağının ətrafındakı səki ərazisi hələ də kimliyi məlum olmayan sahibkarlar tərəfindən özəlləşdirilib.
Belə ki, rayonun Azadlıq prospektində yeni tikilən obyektin qarşısında abadlıq işləri aparılsa da piyadaların hərəkəti üçün ciddi problemlər ortaya çıxıb. Səkinin bir hissəsini əhatə edən səki daşlarının üstü asfaltlanaraq parklama zonasına çevrilib. 23 saylı musiqi məktəbinin qarşısına qədər davam edən asfalt örtüyü bu məktəbin rəhbərliyini də ittiham altında qoymuş olur. Bu ərazidə avtomobilini parklayan sürücülərə görə piyadalar dayanacaqda avtobusu gözləyərkən və hərəkət edərkən prospektin avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinə çıxmağa məcbur olurlar. Səkinin bu cür zəbt edilməsi, qanunsuz parklama ərazidən uşaqlı qadınların və ahılların istifadəsinə çətinlik yaradır.
Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı rəy bildirən buranınmaşın yolu, parkinq, yoxsa piyada zonası olduğunun bilinmədiyini deyiblər. Onlar aidiyyəti qurumlardan səkinin tam bərpa olunmasına və piyada təhlükəsizliyinin təmin edilməsini xahiş ediblər.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















