Icma.az
close
up
RU
Şəkinin taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri gücləndirilib

Şəkinin taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri gücləndirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəki, 5 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Ötən ilin payızında Şəki rayonunun təsərrüfatlarında 2025-ci ilin məhsulu üçün 59 min 939,1 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 21 min 872,5 hektarını buğda, 38 min 66,6 hektarını arpa sahələri təşkil edir. Səpin aparılan sahələrin 45 min 389,1 hektarı dəmyə, 14 min 550 hektarı isə suvarılan torpaqlardır. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrində fitosanitar müşahidə və tədbirlər davam etdirilir.

Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iki aydan artıq davam edən isti və quraq hava şəraitinin təsirindən dəmyə əkinlərdə siçanabənzər gəmiricilərin populyasiya sıxlığı iqtisadi zərərvurma həddindən daha çox artıb.

Onun sözlərinə görə, mərkəzin mütəxəssisləri tərəfindən indiyədək payızlıq taxıl əkinlərinin 41 min 151,9 hektarında fitosanitar müşahidələr aparılıb, 33 min 159,5 hektarda sirayətlənmə aşkar edilib, 31 min 20,5 hektarda mübarizə tədbirləri həyata keçirilib. Kimyəvi mübarizə tədbirlərinin 825 hektarı mexaniki, 580 hektarı təsərrüfat subyektləri, 29 min 615,5 hektarı isə büdcə vəsaiti hesabına sink-fosfid preparatı ilə aldadıcı yem hazırlamaqla aparılıb. Hazırda hava şəraiti ilə əlaqədar mübarizə tədbirləri davam etdirilir.

Mərkəzin rəisi bildirib ki, havanın uzun müddət isti və quraq keçməsi siçanabənzər gəmiricilərin yeni populyasiyalarının əmələ gəlməsinə şərait yaradıb. Bu da fermerlərin təkrar-təkrar dərman preparatı ilə təmin edilməsinə və kimyəvi mübarizə aparmasına səbəb olub.

Tələt Mehdiyev qeyd edib ki, mərkəzin mütəxəssisləri tərəfindən, eyni zamanda, taxıl böcəyi sürfələrinə qarşı səpindən bugünədək 3 min 376 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 2 min 560 hektarda iqtisadi zərərvurma həddində sirayətlənmə aşkar edilib. Sirayətlənmiş sahələrdə fermerlərin vəsaiti hesabına lamba-cyqolethrin, alfa-cypermethrin, cypermethrin, imidacloprid tərkibli preparatlardan istifadə etməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri