Icma.az
close
up
RU
Müstəqilliyini bərpa edən Azərbaycan öz inkişafını təmin edib Samir Vəliyev

Müstəqilliyini bərpa edən Azərbaycan öz inkişafını təmin edib Samir Vəliyev

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında qəbul etdiyi   və elə həmin gün də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən 18 oktyabr respublikamızda  Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur. Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. Dünyada xalqların sayı çoxdur. Ancaq onların heç də hamısına müstəqil dövlətlərini qurmaq nəsib olmayıb. Bu gün Azərbaycan xalqını xoşbəxt xalq adlandırmaq mümkündür. Çünki bizim milli maraqlarımızı qətiyyətlə qoruyan müstəqil dövlətimiz var, aylı, ulduzlu üçrəngli bayrağımız BMT-nin və digər beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır, dünyanın ən böyük arenalarında himnimiz səslənir. Müstəqil ölkənin vətəndaşı olmaq və tarixi proseslərə şahidlik etmək hər birimiz üçün son dərəcə qürurvericidir".

Bu fikirləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat müstəqillik tariximizə qısa nəzər salaraq bildirib ki, dövlətçilik ənənələrimizin bərpası baxımından XX yüzillik xüsusilə əlamətdar olub. Belə ki, ötən yüzillikdə Azərbaycan xalqı iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir mərhələni təşkil edir. Şərqdə ilk demokratik respublika olan AXC dövlət quruculuğunda, idarəetmədə, parlamentin formalaşmasında, o cümlədən qadınların seçmək və seçilmək hüquqlarının tanınmasında bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Ancaq AXC-nin ömrü uzun olmayıb - cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib.  “Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşadıb və müstəqil dövlətini qurmağa can atıb. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yaranıb. Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib”, - deyə Samir Vəliyev vurğulayıb.

Milli Məclisin deputatı ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyimizin bərpasında xalqımızın müdrik oğlu, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb. Onun sözlərinə görə, müdrik siyasətçi olan Heydər Əliyev keçmiş sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən rejimin ideoloji buxovlarına baxmayaraq, xalqımızın özünə inam və milli kimlik hisslərini gücləndirib, azərbaycanlı gəncləri keçmiş ittifaqın qabaqcıl ali məktəblərində təhsil almağa göndərməklə milli kadrlar ordusu formalaşdırıb, həmçinin respublikanın möhkəm iqtisadi əsaslarını yaradıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan məhz bu iqtisadi, siyasi və ideoloji bazaya əsaslanmaqla ayaqda durub və öz inkişafını təmin edib.

Samir Vəliyev müstəqiliyimizin bərpası dövründə respublikamızda cərəyan edən ictimai-siyasi prosesləri də xatırladıb. Deputat bildirib ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində tarixi şərait yetişəndə xalqımız yumruq kimi birləşərək meydanlarda  “Azadlıq”, “Müstəqillik” şüarlarını ucadan səsləndirirdi. Xalq müstəqillik uğrunda mücadiləyə daxilən hazır idi. Həmin dövrdə Heydər Əliyev Naxçıvanda müstəqilliyimizə aparan yolun başlanğıcını qoyub. Belə ki,  Muxtar Respublikanın Ali Sovetinin17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarılıb. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırılıb. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Eyni zamanda, Heydər Əliyevin çağırışı ilə Naxçıvanın  1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırıb, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaradıb. Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırılıb, onun bütün strukturları ləğv edilib. 1991-ci il avqustun 30-da respublika Ali Sovetinin növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış edib və nəticədə həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edilib. “10 müddəadan ibarət həmin bəyannamə sonrakı mərhələdə respublikamızın müstəqilliyi ilə bağlı digər hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi üçün əsas oldu. 1991-ci il oktyabrın 18-də Ali Sovet məhz bu bəyannaməyə istinad edilməklə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Sənəddə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təsbit edilib”, - deyə Samir Vəliyev vurğulayıb.

Milli Məclisin deputatı bildirib ki, 2003 – cü ildən etibarən müstəqil dövlətimizin sükanı Prezident İlham Əliyevin əlindədir. Dövlətimizin başçısı Heydər Əliyev ideyalarına sadiq qalmaqla Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ümummilli ideyalarımızın reallaşması, ölkəmizin inkişafı, xalqın rifah halının yaxşılaşması naminə uğurlu siyasət həyata keçirir. 

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini tam təmin etməsidir. Artıq Şuşa, Xankəndi, Xocalı da daxil olmaqla respublikamızın hər yerində Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri