Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Səkkiz qunduz hökumətin milyon dollarlıq bənd planını həyata keçirib

Səkkiz qunduz hökumətin milyon dollarlıq bənd planını həyata keçirib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çex Respublikasında illərdir planlaşdırılan bənd layihəsi səkkiz qunduzun sayəsində cəmi iki gündə tamamlanıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verur ki, Çex hökuməti Brdı bölgəsində su problemlərini həll etmək üçün nəzərdə tutulan bəndin tikintisinə yeddi ildir başlaya bilməyib.

Layihə lazımi icazələri ala bilmədiyi üçün dayanıb. Amma yanvar ayında səlahiyyətlilər anladı ki, bənd tikilib və tamamilə pulsuzdur. Bu işi səkkiz qunduz həyata keçirib.

Çex Təbiət və Landşaftın Mühafizəsi Agentliyinin Mərkəzi Bohemiya ofisinin rəhbəri Yaroslav Obermajer təbiətin öz həllini yaratdığını vurğulayaraq: “Qunduzlar hər zaman ən yaxşısını bilir”, - deyə qeyd edib.

Suda-quruda yaşayan gəmiriciləri olan qunduzlar palçıq, daş və ağac budaqlarından istifadə edərək axar suların qarşısını kəsərək gölməçələr yaradıblar. Bu gölməçələr təkcə özləri üçün deyil, bir çox başqa heyvan növləri üçün də yaşayış yerini təmin edib.

Qunduz bəndləri; Su həşəratlarından balıqlara, suda-quruda yaşayanlardan leyləklərə, hətta maral və bizonlara qədər bir çox canlılar üçün yeni yaşayış yerləri müəyyən edib. O, həmçinin təbii yanğın maneələri və karbon ehtiyatları yaradır, daşqınların qarşısını almağa kömək edir.

Bavariya Federal Təbiəti Mühafizə Assosiasiyasının qunduz meneceri Gerhard Şvab, qunduzların qısa müddətdə bir ərazini su altında saxlaya biləcəyini, lakin əsl bəndin tikintisinin həftələr çəkə biləcəyini söyləyib. Qunduzların işi bitənə qədər insanlar yəqin ki, fərqinə varmayıb. Alimlər ətraf mühitini dəyişdirərək ekoloji tarazlığa töhfə verən heyvanları "ekosistem mühəndisləri" adlandırırlar. Qunduz bu tərifin ən məşhur nümunələrindən biridir.

Ağacları dişləmək, meşələri formalaşdırmaq və bəndlər tikmək üçün güclü dişlərindən istifadə edirlər.

Hətta Kanadadakı "Wood Buffalo" Milli Parkındakı nəhəng qunduz bəndinin uzunluğu təxminən yeddi futbol meydançası qədərdir və hətta kosmosdan da görünə bilər.

Jurnalist və yazar Ben Qoldfarb bu canlıların təbiətə verdiyi böyük töhfəyə diqqət çəkərək: "Onların etdikləri heç bir şey artıq məni təəccübləndirmir", - deyib.

Qunduzların təkcə təbiətə deyil, insanlara da fayda verdiyinə dair çoxlu nümunələr var. ABŞ-ın Oreqon ştatında bir neçə milyon dollarlıq çirkab su təmizləyici qurğunun yanında qunduzlar tərəfindən tikilmiş bəndlər ağır metalları və digər çirkləndiriciləri süni sistemdən iki dəfə səmərəli şəkildə süzə bilib.

Kaliforniyadakı Yurok qəbiləsi qunduz saxlanmasının qadağan olduğu ərazilərdə “qunduz bəndinə bənzər strukturlar” tikərək təbiəti xilas edirlər. Beləliklə, ekoloji tarazlığı təmin etməklə yanaşı, bu ərazilərə qunduzların cəlb edilməsi şansı var.

Aydahoda baş verən böyük Sharps yanğınından sonra qunduzların məskunlaşdığı vadilərin hələ də sulu və nəm qalması bu canlıların təbiətə müsbət təsirini bir daha sübut edir.

Avropanın yerli növlərindən biri olan Avrasiya qunduzları keçmişdə həddindən artıq ovlanma səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Lakin son illərdə aparılan konservasiya işləri sayəsində bir çox bölgələrdə onların sayı yenidən artıb.

Hakimiyyət Brdydə tikdikləri bəndi dağıtmaq əvəzinə qunduzları olduğu kimi qoyaraq oranı tərk etmək qərarına gəlib.

"Bu, planlaşdırdığımız bir şey deyildi, lakin qunduzlar ekoloji funksiyalarını mükəmməl şəkildə yerinə yetirirlər. Biz onların davam etməsinə icazə verəcəyik", - deyə təbiətə öz tarazlığını tapmaq imkanı verməyi seçən ekspertlər bildiriblər.

Kunduz mütəxəssisi Şvab, sahə araşdırmalarından sonra: "Qunduzsuz çay sadəcə sudur", - deyib və bu ekosistem mühəndislərinin təbiətə unikal təsiri olduğunu söyləyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Fevral 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri