İsrailin səkkiz döyüş təyyarəsi Suriya səmasında uçuşlar həyata keçirdi
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İsrailin səkkiz döyüş təyyarəsi Suriya səmasında uçuş həyata keçirib.
Turkustan.az xəbər verir ki, Suriya aviasiya rəsədxanasının rəsmilərinə görə, səkkiz İsrail döyüş təyyarəsi cənubdakı Kuneytra əyalətindən Suriya hava məkanına daxil olub.
Bir müddət Quneytra vilayətində "nəzarət saxlayan" döyüş təyyarələri daha sonra Dəməşq, Homs, Həma və sahil bölgəsinə doğru istiqamət alıb.
Hələlik hücum məlumatı qeydə alınmayıb, Suriya və İsrail hələlik rəsmi açıqlama verməyib.
İsrailin baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yisrael Katz, xarici işlər naziri Gideon Saar və Baş Qərargah rəisi Eyal Zamir noyabrın 19-da Bəşər Əsəd rejiminin devrilməsindən sonra zəbt etdikləri Suriyada bufer zonasına gediblər.
Suriya prezidenti Əhməd Şara 2024-cü il dekabrın 8-də Baas rejiminin devrilməsindən sonra İsrail ordusunun Suriyaya 1000-dən çox hava hücumu və 400-dən çox reyd təşkil etdiyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 20 Noyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















