Icma.az
close
up
RU
Sel və daşqınlar niyə artır?

Sel və daşqınlar niyə artır?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Payız fəslinin yaxınlaşması ilə yağıntıların miqdarı artır və bu da hər il olduğu kimi bəzi bölgələrdə sel və daşqın təhlükəsini gündəmə gətirir.
Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, hidroloq alim Rza Mahmudov Metbuat.az-a açıqlamasında bildirib ki, sel və daşqın hadisələri müəyyən dövriliyə malik olmadığından ilin istənilən fəslində müşahidə oluna bilər. Onun sözlərinə görə, bu hadisələrin yaranması əsasən qısa müddətdə düşən intensiv yağıntılardan asılıdır.
Alim vurğulayıb ki, selin baş verməsi üçün üç əsas amil vacibdir:
“Sel və daşqınlar mənşəyinə görə fərqlənirlər. Onlar hər bir coğrafi məkanda yarana bilsə də, xüsusən dağlıq relyefə malik ölkələrdə daha çox qeydə alınır. Selin əsas səbəblərindən biri güclü və davamlı yağıntılar, qar örtüyünün əriməsidir. İkincisi, yamacların çox meyilli olması, üçüncüsü isə həmin ərazidə qaya parçaları və müxtəlif qırıntı materiallarının toplanmasıdır. Daşqın isə fərqli olaraq rejim xarakteri daşıyır və yağıntıların miqdarına bağlı şəkildə formalaşır”.
R. Mahmudov əlavə edib ki, son illərdə sel və daşqınların daha tez-tez baş verməsi birbaşa iqlim dəyişmələri ilə əlaqədardır:
“Su ehtiyatları iqlimdən asılıdır. İqlim dəyişikliyi nəticəsində bəzi bölgələrdə su ehtiyatları azalır, digərlərində isə yağıntılar artır. Bu isə sel və daşqın hadisələrinin intensivliyinə birbaşa təsir göstərir. Hərçənd sel hadisələri müəyyən zərərlərə səbəb olsa da, digər tərəfdən ölkənin su ehtiyatlarının artmasında da rol oynayır. Hazırda iqlim dəyişiklikləri səbəbindən çaylarımızın su ehtiyatları, eləcə də dəniz, göl və yeraltı suların səviyyəsi azalmaqda davam edir”.
Hidroloqun sözlərinə görə, düzgün verilmiş proqnozlar əsasında qabaqlayıcı tədbirlər həyata keçirildiyi halda, sel və daşqınların yaratdığı fəsadları minimuma endirmək mümkündür:
“Əgər proqnozlara diqqətlə əməl olunarsa, müvafiq texniki və təşkilati tədbirlər görülərək zərərlərin qarşısı xeyli dərəcədə alına bilər”. (Musavat.com)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri