Şəlalə Camal: Hardan yol tapım mən daş ürəyinə?
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yolumu kəsmisən, hayannan keçim?
Hissimi anlayıb, duyannan keçim...
Dağından, dərəndən qayandan keçim,
Hardan yol tapım mən daş ürəyinə?
Çiynimə yük olub bu dəli sevda,
Qapımı külək də döyür sən adda.
Ömrümə çox görür yazı Allah da,
Hardan yol tapım mən qış ürəyinə?
Bütün yollarıma daş-kəsək düzdün,
Bu sevgidən bezdin, niyəsə dözdün.
Heç kimə olmadı qəlbində yer də,
Hardan yol tapım mən boş ürəyinə?
Baxış sayı:68
Bu xəbər 26 Avqust 2025 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















