Selcan Mahsudova: “Dünya çempionatında medal qazanmaq istəyirəm”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya Kubokunda qızıl medal qazanmaq batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudovanın özünəinamını bir qədər də artırıb.
O, Almaniyanın Kotbus şəhərində keçirilmiş turnirlə bağlı təəssüratlarını bölüşüb.
“Dünya çempionatı öncəsi belə bir nəticə əldə etmək məni çox sevindirdi və özümə inamımı bir qədər də artırdı. Dünya Kubokunda ilk dəfə deyil ki, qızıl medal qazanıram. Buna baxmayaraq, hər bir medal mənim üçün çox önəmlidir. Bu, iki qızıl medal qazandığım ilk Dünya Kuboku idi. Həm fərdi, həm də qarışıq sinxron proqramda birinci oldum”, - deyə o report.az-a açıqlamasında söyləyib.
S.Mahsudova iki həftə sonra dünya çempionatının başlayacağını xatırladıb:
“İl ərzində əsas hazırlığı məhz bu yarışa yönəltmişik. Məqsədim dünya çempionatında medal qazanmaqdır. Dünya Kuboku seriyasında qarışıq sinxron proqram üzrə qalib olmaq bizim üçün ilkdir. Bu, çox sevindirici nəticədir. Qarşıdakı əsas hədəfimiz dünya çempionatında medal qazanmaqdır”.
Xatırladaq ki, Selcan Mahsudova fərdi proqramda 55.540 xalla qızıl mükafata sahib çıxıb. Bundan əlavə, Maqsud Mahsudov və Selcan Mahsudova mövsüm ərzində nümayiş etdirdikləri sabit nəticələrlə qarışıq sinxron proqramında qızıl medal qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 20 Oktyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















