Icma.az
close
up
RU
Səlçuk Karakılıç: Cənubi Qafqazın açarı Azərbaycandır

Səlçuk Karakılıç: Cənubi Qafqazın açarı Azərbaycandır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bakıda Prezident İlham Əliyevlə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin görüşü Cənubi Qafqazda geosiyasi ağırlıq mərkəzinin harada formalaşdığını bir daha açıq göstərdi. Bu görüş ABŞ-Azərbaycan münasibətlərini taktiki əməkdaşlıq müstəvisindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir, regionda sabitlik, sülh və nəqliyyat arxitekturasının Azərbaycanın iştirakı olmadan mümkün olmadığını faktiki olaraq təsdiqləyir".

Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.

"Vaşinqtonun Bakıya yanaşmasında müşahidə olunan bu dəyişiklik emosional diplomatiyanın deyil, regional reallıqların rasional oxunuşunun nəticəsidir. Azərbaycan artıq yalnız enerji təminatçısı kimi deyil, Cənubi Qafqazda sabitliyin dayağı, siyasi təşəbbüslərin və strateji nəqliyyat xətlərinin əsas aktoru kimi qəbul olunur. Bu mövqe ölkənin uzunmüddətli, çoxvektorlu və proqnozlaşdırıla bilən xarici siyasət xəttinin məntiqi nəticəsidir və Azərbaycanın diplomatik çəkisini keyfiyyətcə yeni mərhələyə daşıyır", - Səlçuk Karakılıç bildirib.

Onun sözlərinə görə, formalaşan geosiyasi mənzərənin mərkəzində Prezident İlham Əliyevin liderlik modeli dayanır: "Onun rəhbərliyi altında Azərbaycan klassik balans siyasətindən aktiv balanslaşdırma və təşəbbüs siyasətinə keçib, regional proseslərdə oyun qaydalarını müəyyən edən aktora çevrilib. Bu yanaşma ölkəni hadisələri izləyən müşahidəçi mövqedən çıxararaq, qərarların formalaşdığı siyasi mərkəzlərdən birinə yerləşdirib.

ABŞ-nin Bakıya verdiyi mesajlar açıq şəkildə göstərir ki, Cənubi Qafqazda dayanıqlı sülh yalnız Azərbaycanın müəyyən etdiyi çərçivə daxilində mümkündür. Bu yanaşma Ermənistan-Azərbaycan sülh prosesində təşəbbüsün Bakının əlində olduğunu artıq institusional səviyyədə təsdiqləyir. Vaşinqtonun siyasi dəstəyi Azərbaycanın sülh gündəliyinə beynəlxalq legitimlik qazandırır və regionda real güc balansını möhkəmləndirir".

Səlçuk Karakılıç hesasb edir ki, bu çərçivədə Zəngəzur dəhlizi məsələsinin ABŞ-Azərbaycan danışıqlarında xüsusi yer tutması təsadüfi deyil: "Görüşdə bu mövzu texniki nəqliyyat layihəsi kimi deyil, Cənubi Qafqazın geosiyasi strukturunu formalaşdıran əsas elementlərdən biri kimi dəyərləndirilib. ABŞ siyasi dairələrində “Tramp yolu” kimi tanınan daha geniş geostrateji razılaşma kontekstində nəzərdən keçirilən Zəngəzur xətti regionu Orta Asiya, Türkiyə və Qərb bazarları ilə birləşdirən yeni təhlükəsizlik və ticarət oxu kimi oxunur. Bu yanaşma dəhlizin yalnız Azərbaycanın suveren maraqları çərçivəsində və onun müəyyən etdiyi şərtlərlə reallaşa biləcəyini açıq şəkildə ortaya qoyur.

Formalaşan reallıq göstərir ki, Zəngəzur koridoru artıq Ermənistan üçün alternativ seçim deyil, qaçılmaz regional gerçəklikdir. Dəhlizin açılması sülh prosesinin texniki əlavəsi yox, onun iqtisadi və siyasi təminat mexanizmi kimi çıxış edir. Bu isə Azərbaycanın regional nəzarət imkanlarını genişləndirir və onun Avrasiya nəqliyyat sistemindəki rolunu struktur səviyyəsində möhkəmləndirir".

Səlçuk Karakılıçın fikrincə, Vaşinqtonun Bakı ilə bu səviyyədə yaxınlaşması eyni zamanda ABŞ daxili siyasətinə ünvanlanmış səssiz, lakin aydın mesaj xarakteri daşıyır: "Uzun illər ABŞ-dəki erməni lobbisinin emosional və tarixi narrativlər üzərindən formalaşdırdığı təsir mexanizmləri bu mərhələdə arxa plana keçir. ABŞ faktiki olaraq nümayiş etdirir ki, Cənubi Qafqaz siyasəti artıq diaspora təzyiqləri ilə deyil, sahədə formalaşmış real güc balansı ilə müəyyən ediləcək. Bu, Vaşinqtonun regional siyasətdə praqmatik mərhələyə keçdiyini göstərən fundamental dönüş nöqtəsidir.

Bu dəyişiklik Ermənistan üçün də açıq siyasi mesaj daşıyır: davamlı təhlükəsizlik və iqtisadi perspektiv konfrontasiya siyasətində deyil, Bakı ilə razılaşmada və regional layihələrə inteqrasiyada mümkündür. ABŞ faktiki olaraq etiraf edir ki, Cənubi Qafqazda sülh Azərbaycanın qəbul etmədiyi heç bir formul üzərindən qurula bilməz. Bu isə Azərbaycanın diplomatik mövqelərinin təkcə regional deyil, qlobal miqyasda da möhkəmləndiyini göstərir.

Yaxın mərhələdə ABŞ-nin Zəngəzur dəhlizi üzrə siyasi təminatçı rolunu gücləndirməsi, dəhlizin Orta Dəhlizlə daha sıx inteqrasiyası və Azərbaycanın regional liderliyinin institusional səviyyədə təsdiqlənməsi gözlənilir. Bu konfiqurasiya Cənubi Qafqazda yeni geosiyasi mərhələnin konturlarını müəyyən edir. Nəticə etibarilə, Bakıda keçirilən bu görüş Azərbaycanın artıq regional proseslərin kənarında deyil, onların istiqamətini müəyyən edən əsas siyasi mərkəzlərdən biri olduğunu bir daha təsdiqlədi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Fevral 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri