Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı çıxış yolu

Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı çıxış yolu

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər Azərbaycanda maliyyə sistemi sürətlə inkişaf edir, amma bununla bərabər gələn böyük bir problem də var: 

BOKT-ların (Bank Olmayan Kredit Təşkilatları) artan rolu və onların vətəndaşlar üzərindəki təsiri. Əhalinin bank xidmətlərinə çıxışı məhdudlaşdıqca, bir çox vətəndaş bu strukturlara üz tutur. BOKT-lar xüsusilə kasıb və orta təbəqə üçün “çıxış yolu” kimi təqdim edilən bir həll ola bilər, lakin bu həll əslində yeni maliyyə çətinliklərini də ortaya çıxarır. 

Yüksək faizlərlə verilən kreditlər və şərtlərin sərtliyi, bu qurumların vətəndaşlara necə təsir etdiyini öyrənməyi vacib edir. Müasir iqtisadiyyatda banklardan kredit almaq gəliri aşağı olan və ya qeyri-rəsmi işlə təmin olunan şəxslər üçün asan deyil. Banklar yüksək kredit riskləri səbəbindən daha sərt şərtlər tətbiq edir, bu da bir çox vətəndaşın banklardan kredit almaq imkanlarını məhdudlaşdırır. 

BOKT-lar isə  daha rahat və sürətli kredit imkanı təqdim edirlər, amma bunun əvəzində faizlər çox yüksək olur və şərtlər adətən banklardan fərqli olaraq çox şəffaf olmur. Bu qurumların təqdim etdiyi təkliflər, adətən, yüksək riskli müştərilərə yönəlib, yəni əhalinin sosial cəhətdən zəif təbəqəsi və ya rəsmi gəliri olmayan şəxslər üçün əlverişlidir. 

Ancaq bu, günlük həyatını təmin etməyə çalışan vətəndaşları borc bataqlığına salmaq təhlükəsi yaradır. BOKT-lar banklardan daha sərfəli görünən krediti təqdim edərkən, faizlər çox yüksək olur. Hətta bəzi hallarda bu rəqəm ildə 60%-ə qədər çıxır. Kredit götürən şəxs aybaay ödənişlər edə bilər, amma gecikmə olduğu təqdirdə faiz sürətlə artar və borc bir anda daha da böyüyər. Bu, əslində, borc alan şəxsi yoxsulluq spiralına salır. 

Tanınmış hüquqsünas, bank mübahisələri üzrə ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu məsələyə bir qədər geniş baxmaq lazımdır. Onun sözlərinə görə, banklar üçün uyğun olmayan müştəri BOKT üçün daha uyğun ola bilər: 

"Bunun səbəbi bankların fəaliyyətində Mərkəzi Bankın qoyduğu tələblərin daha sərt olmasıdır. Banklar əmanət qəbul etdikləri üçün onların qarşısında daha ciddi tələblər və daha yüksək risklər mövcuddur. Onlar müştəri hesabları aparır və maliyyə təhlükəsizliyi baxımından daha çox məsuliyyət daşıyırlar. Buna görə də banklar hər müştəriyə kredit vermir və kredit verərkən daha diqqətli və sərt yanaşırlar. 

Digər tərəfdən, BOKT-lar üçün tələblər daha azdır. BOKT-lar əmanət qəbul etmədikləri üçün onların maliyyə şərtləri banklarla müqayisədə daha rahatdır. Bu, o deməkdir ki, BOKT-lar daha az tənzimlənir və bu, onları keyfiyyətsiz müştərilərə kredit verməyə daha uyğun edir. Təbii ki, bu vəziyyətdə faizlər yüksək olur, çünki BOKT-ların verdiyi kreditlər daha yüksək risk daşıyır". 

Ekspert hesab edir ki, BOKT-ların fəaliyyətinin daha sərbəst olması onların daha çox yüksək faizlə kredit verməsinə səbəb olur:

“Çünki onların ucuz maliyyə mənbələri yoxdur.  Banklar əmanət qəbul edərək daha ucuz pul əldə edə bilərlər, amma BOKT-lar əsasən banklardan və digər mənbələrdən daha yüksək faizlə kredit alırlar. Bu səbəbdən BOKT-ların verdiyi kreditlərin faizləri daha yüksək olur. Eyni zamanda, əgər dövlət BOKT-ları qadağan edərsə, belə olan halda vətəndaşlar daha yüksək faizlə lombardlar, sələmçilik və digər qeyri-rəsmi kredit mənbələrindən istifadə edərlər. Bu cür qeyri-rəsmi mənbələr faizlərin daha yüksək, nəzarət və tənzimləmələrin daha zəif olduğu yerlərdir. Bu, vətəndaşları daha da maliyyə çətinliklərinə sala bilər, çünki faizlər çox yüksək olur və borcun artması riski yaranır". 

Ə.Həsənov qeyd edib ki, dövlətin BOKT-lara nəzarət etməsi və onların fəaliyyətinə şərait yaratması, ən azından sələmçilik və qeyri-rəsmi maliyyə bazarlarına qarşı daha sağlam bir alternativ təqdim edir:

"Ancaq burada da faizlərin yüksək olması vətəndaşları daha da borclandırmağa və onların həyatlarını çətinləşdirməyə gətirib çıxara bilər. 

Sosial təminatı zəif olan şəxslər bu cür krediti alaraq, öz maliyyə vəziyyətlərini daha da pisləşdirərlər. Son olaraq, təhlükə budur ki, insanlar çox qısamüddətli ehtiyaclarını ödəmək üçün bu cür kreditlərə üz tuturlar, amma uzun müddətdə yüksək faizlər və ödənişlərin artması onların yoxsulluq spirallarına düşməsinə səbəb ola bilər. Buna görə də vətəndaşlara tövsiyə olunur ki, BOKT-lardan kredit almadan əvvəl yaxşıca düşünərək qərar versinlər və real zərurəti olmadıqda, kredit götürməsinlər. Bu, həm dövlətin, həm də vətəndaşın sağlam iqtisadi münasibətlər qurmasına kömək edə bilər". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: BOKT fazilər kredit Əkrəm Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Aprel 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri