“Seltik” və “Reyncers” azarkeşləri səfər derbilərinə buraxılmayacaq
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şotlandiya Peşəkar Futbol Liqası (SPFL) və “Seltik”lə “Reyncers” klubları mövsümün sonunadək səfər derbilərində azarkeşlərin iştirakını qadağan edib.
İdman.Biz xəbər verir ki, qərar klublar və SPFL tərəfindən polis ilə məsləhətləşmələrdən sonra qəbul olunub.
Buna səbəb martın 8-də “Aybroks” stadionunda Şotlandiya Kubokunun dörddəbir finalında baş verən insident olub. “Seltik”in penaltilər seriyasında qələbəsindən sonra azarkeşlər kütləvi şəkildə meydana daxil olub, pirotexnikadan istifadə edilib və fanatlar arasında toqquşmalar yaşanıb.
Əvvəllər klublar qonaq azarkeşlər üçün stadionlarda təxminən 5 faiz yer ayırırdılar. Liqa Kubokunda keçiriləcək növbəti derbi öncəsi “Reyncers” qonaq azarkeşlər üçün kvotanın azaldılmasını təklif etsə də, “Seltik” bununla razılaşmayıb.
Nəticədə tərəflər mövsümün sonunadək SPFL turnirlərində keçiriləcək “Old Firm” derbilərində səfər azarkeşlərinin iştirakından tamamilə imtina etmək qərarına gəliblər. Vəziyyətin əsaslı şəkildə dəyişəcəyi təqdirdə qərara yenidən baxıla bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Sentyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















