Icma.az
close
up
RU
Səltuk Düzyol: TANAP istismara veriləndən Türkiyə və Avropaya 77,6 milyard kubmetr qaz tədarük edilib

Səltuk Düzyol: TANAP istismara veriləndən Türkiyə və Avropaya 77,6 milyard kubmetr qaz tədarük edilib

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) kommersiya fəaliyyətinə başladığı gündən Türkiyə və Avropaya ümumilikdə 77,6 milyard kubmetr qaz tədarük edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “TANAP A.Ş.” konsorsiumunun baş direktoru Saltuk Düzyol Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət şuraları çərçivəsində Bakıda keçirilən nazirlərin görüşləri zamanı bildirib.

O vurğulayıb ki, TANAP Cənub Qaz Dəhlizinin mühüm halqasıdır, sistemin ən uzun (3 500 km) və diametrinə görə ən geniş hissəsidir.

“TANAP 2018-ci il iyunun 30-dan, boru kəməri kommersiya istismarına verildiyi gündən etibarlı və təhlükəsiz şəkildə işləyir. 30 iyun 2020-ci ildə illik tədarük həcmi 5,7 milyard kubmetr olmaqla pilot istismara başlanılıb. Bu günə qədər Türkiyəyə 32,2 milyard kubmetr qaz tədarük edilib ki, bunun da 6 milyardı çevik qrafik əsasında və nominasiyalar çərçivəsində reallaşıb”, – S.Düzyol söyləyib.

Onun sözlərinə görə, Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə, 2020-ci il dekabrın 31-də Avropaya qazın kommersiya tədarükünə başlanılıb.

“Avropaya ixracın pilot mərhələsi 2022-ci il yanvarın 1-dən başlayıb. O vaxtdan bəri TAP vasitəsilə hər il 10,5 milyard kubmetr qaz tədarük edilib. Avropaya tədarükün ümumi həcmi 45,38 milyard kubmetrə çatıb ki, bunun da 4,4 milyardı çevik qrafik əsasında və nominasiyalar çərçivəsində reallaşıb”, – S. Düzyol vurğulayıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Aprel 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri