Icma.az
close
up
RU
TANAP 83,4 milyard kubmetr qaz nəql edib

TANAP 83,4 milyard kubmetr qaz nəql edib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) məlumatına əsasən, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyə və Avropaya 83,4 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Bu həcmlərin 34,2 milyard kubmetri Türkiyəyə, 49,18 milyard kubmetri isə Avropaya çatdırılıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. “Mavi yanacaq” həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı –Tbilisi – Ərzurum) və Trans – Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı –Tbilisi – Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı ən uğurlu enerji layihələrindən biri olan TANAP regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdıran, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi sayılan Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən birini təşkil edir. “Şahdəniz” qazının kommersiya məqsədli nəqlinə başlanmasından indiyədək bu boru kəməri ilə 80 milyard kubmetrdən çox “mavi yanacaq” daşınıb.

“Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. 2015-ci il martin 12-də boru kəmərinin təməli qoyulub. Kəmərin Türkiyə ərazisində doldurulmasına isə 2018-ci ilin yanvar ayının sonunda start verilib. Həmin il iyunun 12-də Türkiyənin Eskişehir şəhərində TANAP-ın Türkiyə hissəsinin açılışı keçirilib. Qardaş ölkəyə ilk kommersiya qazının tədarükü 2019-cu il iyunun 30-da başlayıb. Noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala şəhərində TANAP-ın Avropa ilə birləşdirilməsinin tamamlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Xatırladaq ki, TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans –Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin əsas seqmentlərini təşkil edir. Bu, həm də uzunluğuna və boruların diametrinə görə Yaxın Şərqdə inşa edilən ən böyük magistral qaz kəməridir. TANAP Gürcüstan – Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə qoşularaq qardaş ölkənin ərazisindən keçməklə Yunanıstanla sərhədə qədər uzanır. Daha sonra isə “mavi yanacağ”ın Avropaya çatdırılması üçün TAP boru kəmərinə qovuşur. Ümumi dəyəri 7 milyard dollara yaxın olan bu boru kəmərinin ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir. Gələcəkdə isə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür.

Trans – Anadolu boru kəməri və bütövlükdə, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətinin təntənəsidir. Belə ki, ölkəmiz əvvəllər qaz ehtiyatlarını 4 istiqamətdə ixrac etmək imkanına malik olsa da, yeni əsrdə daha bir nəhəng enerji dəhlizinin yaradılmasına üstünlük verib. Beləliklə, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində XXI əsrin ən nəhəng enerji layihələrindən olan Cənub Qaz Dəhlizi ideyadan reallığa çevrilib. Azərbaycan qazının Avropaya nəqli üçün ən etbarlı marşrut sayılan Cənub Qaz Dəhlizinin mühüm, sonuncudan əvvəlki seqmenti sayılan Trans – Anadolu qaz kəməri layihəsi Azərbaycan və Türkiyənin birgə enerji əməkdaşlığının, dostluq və qardaşlıq münasibətlərinin təntənəsidir.

Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsi üzrə tikinti işlərinə, təqribən, 5 il vaxt sərf olunub. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirən bu layihə üzrə tikinti işlərinə isə 6,5 milyard ABŞ dollarından artıq vəsait xərclənib. Dörd mərhələdə həyata keçirilən layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası isə həmin il noyabrın 30-da istifadəyə verilib.

Bununla da, Azərbaycan – Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açılıb. TANAP Azərbaycanın Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox “mavi yanacağ”ın çıxarılmasına və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir.

Sonda Dövlət Statistika Komitəsinin bir məlumatını da xatırlatmaq istərdik. Bildirilib ki, cari ilin əvvəlindəki ehtiyatlar da nəzərə alınmaqla bu ilin ilk yarısında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 milyon kubmetr təşkil edib. Ehtiyatların 29,3 faizi ölkə daxilində istehlak edilib, 58,7 faizi isə ixrac olunub, 2,4 faizi itkiyə gedib, 9,6 faizi isə ehtiyatda saxlanılıb. 2025-ci ilin yanvar – iyun aylarında 14 milyon kubmetr və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz az təbii qaz ixrac edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri