Icma.az
close
up
RU
Səmanın Memarı və Bakı Ağ Şəhərin Ruhuna Hopan Əl

Səmanın Memarı və Bakı Ağ Şəhərin Ruhuna Hopan Əl

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

HafizTimes.com bu dəfə paytaxtın ən iddialı şəhərsalma layihələrindən biri – Bakı Ağ Şəhərin memarlıq sirrlərini araşdırıb.

Norman Foster – O, memarlığı sadəcə bina tikmək deyil, həyat inşa etmək kimi anlayır. İngiltərənin fəhlə məhəlləsindən çıxaraq dünyanın memarlıq simvollarından birinə çevrilən Norman Foster, həm gələcəyin şəhərlərini dizayn edir, həm də onların fəlsəfəsini qurur.

Sadə başlanğıcdan möhtəşəm yüksəlişə doğru

– 1935-ci ildə Mançesterdə işçi ailəsində dünyaya gələn Fosterin uşaqlığı çətin keçmişdi. Atası qəssab, anası isə təmizlikçi idi. Amma bu sadə həyat tərzi onun gələcəkdə futuristik göydələnlərin, göylərə uzanan körpülərin və dünyanın aparıcı şəhərlərinin memarı olmasına mane olmadı.

(Norman Fosterin Bakı Ağ Şəhərdəki layihəsi)

Texnologiyaya heyranlıq və memarlığa sevgi

– Gəncliyində təyyarələrə olan marağı onun düşüncə tərzini formalaşdırdı. Mançester Universitetində memarlıq təhsili aldı və Fulbright təqaüdü ilə Yale Universitetində magistratura təhsilini davam etdirdi. Bu illər onun üçün memarlığın sadəcə incəsənət deyil, elmi və texnologiyanı da əhatə edən kompleks bir yaradıcılıq sahəsi olduğunu göstərdi.

High-tech memarlığın atası

– Norman Foster – təkcə memar deyil, həm də “high-tech architecture” adlanan üslubun yaradıcılarındandır. Onun layihələrində şüşə, polad, günəş işığı və aerodinamik formalar özünü göstərir. Bütün bu elementlər yalnız forma üçün deyil – davamlılıq, funksionallıq və gələcəyə yönəlmiş estetik anlayışları daşıyır.

Fosterə görə, memarlıq bir məsuliyyətdir. O, enerji səmərəliliyi, ekoloji tarazlıq və insan mərkəzli yanaşmanı memarlığın ayrılmaz hissəsinə çevirib.

(Bakı Ağ Şəhərin Master planı)

Norman Fosterin dünyada iz qoyduğu başlıca layihələr bunlardır:

– The Gherkin (London) – Şəhərin simvoluna çevrilmiş unikal göydələn.

– Millau Viaduct (Fransa) – Dünyanın ən hündür körpüsü.

– Reichstag (Berlin) – Almaniya parlamentinin bərpasında tarix və gələcəyin harmoniyası.

– Apple Park (Kaliforniya) – Texnologiya və təbiətin birliyi.

– British Museum Roof (London) – Tarix və müasirliyin bir dam altında görüşü.

Lord Foster: Memarlığın zadəganı

– 1999-cu ildə Norman Fosterə Britaniya lordu titulu verildi: Lord Foster of Thames Bank. Bu, həm onun şəxsi uğurlarının, həm də memarlığın ictimai və strateji əhəmiyyətinin tanınması idi.

Həyat sevgisi və iradə

– Ağciyər xərçəngi ilə mübarizə apararaq sağalan Foster aktiv həyat tərzi ilə seçilir – pilotluq edir, idmanla məşğuldur, velosiped sürür. O, sadəcə binaların deyil, öz həyatının da memarıdır.

Bakı Ağ Şəhər və Fosterin Toxunuşu

– Bir zamanlar “Qara Şəhər” adlanan sənaye ərazisi bu gün “Ağ Şəhər” adı altında ekoloji və estetik müasir şəhərsalmanın simvoluna çevrilib. Bu dəyişimin arxasında dünyanın tanınmış memar və mühəndislik şirkətləri dayanır. Onlardan biri də Norman Fosterin təsis etdiyi “Foster + Partners” şirkətidir.

(Norman Fosterin Bakı Ağ Şəhərdəki layihəsi)

Baku White City layihəsinin memarlıq komandası:

– Atkins (Böyük Britaniya) – Layihənin baş memarı, 221 hektarlıq master-planın müəllifi.

– Foster + Partners (Böyük Britaniya) – Layihənin sahil zonası üzrə dizayn və fasad həllərinin müəllifi.

– F+A Architects (ABŞ) – Ticarət və ictimai məkanların memarlıq həlləri.

– UN Studio (Niderland), Werner Sobek (Almaniya) – Layihədə mühəndislik və memarlıq dəstəyi verən digər beynəlxalq şirkətlər.

– Azərbaycanlı memarlar və mütəxəssislər – Layihənin yerli hissələrinin icrasında yüksək peşəkarlıqla iştirak ediblər.

Baku White City – Keçmişin sənayesindən gələcəyin şəhərinə

– Bakı Ağ Şəhər layihəsi yaşıl şəhər konsepsiyası, piyada yolları, ağıllı nəqliyyat və ekoloji planlaşdırmanı özündə birləşdirir. Burada şəhər sadəcə binalar toplusu deyil – insanın rahat və harmonik yaşaması üçün düşünülmüş bir ekosistemdir.

(Norman Fosterin Bakı Ağ Şəhərdəki layihəsi)

“Foster and Partners” şirkətinin Bakı Ağ Şəhər üçün hazırladığı müfəssəl Baş Plan: Sahilyanı Kvartal

– Kvartal, Bulvara yaxın olduğundan, prestijli hesab edilir, və, tədricən mərtəbələrin sayını azaldaraq, Nobel prospektindən cənuba, dənizə doğru uzanır. Sahil xəttinə paralel keçən küçələr, külli miqdarda ticarət və müxtəlif  əyləncə obyektləri, habelə 7000-lik ictimai dayanacaq yeri olan ticarət-əyləncə mərkəzindən keçən promenad təşkil edirlər.

Əfsanəvi memar Norman Fosterin övladları Eduardo və Paulo Foster HafizTimes.com-un sorğusuna cavab veriblər:

– Bir neçə gün əvvəl atamızın 90 illik yubileyi qeyd olundu. Onunla bağlı yazdığınız dəyərli fikirlərə görə sizə təşəkkür edirik. Norman Fosterin fəaliyyətini bu qədər yüksək qiymətləndirməyiniz bizi olduqca qürurlandırdı. Bu barədə atamıza da danışdıq. O da sizə və bütün oxuculara salamlarını və təşəkkürünü çatdırdı. Bakı möhtəşəm şəhərdir. Ümid edirik ki, bir gün Baku White City layihəsini canlı görəcək və orada unudulmaz anlar yaşayacağıq.

(Norman Foster övladları ilə birlikdə)

Qeyd edək ki, Norman Foster, XX və XXI əsr memarlığının ən parlaq simalarından biridir. Onun vizyonu yalnız forma və materialda deyil, həm də ideyada, insan həyatına və planetə olan hörmətdə gizlidir.

Bakı White City layihəsində onun imzası sadəcə estetik baxımdan deyil, fəlsəfi baxımdan da özünü göstərir. Əgər memarlıq bir dildirsə, Norman Foster bu dilin Şekspiridir.

Hafiz Əhmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri