Icma.az
close
up
RU
Səməd Bəşirli: Türkiyə şirkətlərinin müxtəlif sahələrdə fəaliyyəti biznes mühitinə etimadın və uzunmüddətli marağın göstəricisidir

Səməd Bəşirli: Türkiyə şirkətlərinin müxtəlif sahələrdə fəaliyyəti biznes mühitinə etimadın və uzunmüddətli marağın göstəricisidir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Türkiyə Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarından biridir. Hazırda qüvvədə olan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrimizin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir və qarşılıqlı ticarətin daha da genişlənməsi üçün əlverişli institusional baza yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Nazir müavini bildirib ki, ticarət əlaqələrinin daha da inkişafı üçün geniş potensial var: “Bugünkü tədbirin əsas məqsədlərindən biri də bu imkanları reallaşdırmaqdır”.

"Enerji əməkdaşlığımız artıq regional çərçivədən kənara çıxan strateji məzmun daşıyır. İcra olunan enerji layihələri enerji təhlükəsizliyinə, bazarların şaxələndirilməsinə və yeni tərəfdaşlıqlara xidmət edir. Bu sahədə dialoqun dərinləşməsi investisiya gündəliyini də genişləndirir. Xüsusilə yaşıl enerji istiqamətində yeni imkanlar yaranır və bu imkanların real layihələrə çevrilməsi üçün özəl sektorun iştirakı daha da artırılmalıdır", - deyə S.Bəşirli qeyd edib.

Nazir müavini bildirib ki, Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyəti geniş miqyas alıb: “Hazırda Türkiyə şirkətlərinin müxtəlif sahələrdə fəaliyyət göstərməsi biznes mühitinə etimadın və uzunmüddətli marağın göstəricisidir. Türkiyə investisiyaları ölkəmizdə elektrotexnika, əczaçılıq, qida sənayesi, tikinti materialları, kənd təsərrüfatı, pambıq emalı və digər sahələri əhatə etməklə yeni iş yerlərinin yaradılmasına və ixracyönümlü istehsalın inkişafına mühüm töhfə verir. İstehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunur. Türkiyəli investorlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması prosesində ən fəal iştirak edən tərəfdaşlar sırasındadır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri