Şəmkirdə qadın ağır QƏZA TÖRƏTDİ: ÖLƏN və yaralanan var
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bu gün səhər saatlarında Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının 392-ci kilometrliyində qeydə alınıb.
"Hadisə 20-DN-468 dövlət nömrə nişanlı "Great Wall Haval" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində baş verib. Şəbnəm Firudin qızı Hüseynovanın idarə etdiyi avtomobildə üç nəfər olub. Onlardan bir nəfər hadisə yerində həyatını itirib, bir azyaşlı isə xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:Şəmkirdə qəza: ölən və yaralanan var
14 Sentyabr 2025 00:38
Şəmkirdə qəza Ölən var
21 Oktyabr 2025 09:55
Qadın sürücü qəza törətdi Yaralanan var
15 Mart 2025 09:40
Bakıda qadın sürücü ağır qəza törətdi: Ölən var
24 Yanvar 2025 23:37
“Tesla” Bakıda ağır qəza törətdi Ölən var
11 Noyabr 2024 18:29
Baxış sayı:132
Bu xəbər 11 İyun 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















