Icma.az
close
up
RU
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN İŞBİRLİYİ Çox sayda müəssisə vergidən necə yayınır...

ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN İŞBİRLİYİ Çox sayda müəssisə vergidən necə yayınır...

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəmkir rayonu, Duzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, özü və qardaşı haqsızlıqla üzləbilər:

“Mən, İsmayılov Şükür Rasim oğlu, bildirirəm ki, qardaşım Vasif Qədim Qala kənd sakini Bağırov Samir Siyavuş oğlundan iki ton işlənmiş yağ alıb. Bu yağ "parnik"in qızdırılması üçün istifadə olunur. Bağırov Samir kartdan karta köçürmə edib, vergidən yayınıb. Burada heç çek əməliyyatı olmayıb. Bu şəxsin heç vergidə qeydiyyatı belə yoxdur.

Qardaşımın mənə verdiyi etibarnamə ilə onun adından 14 saylı Vergi İdarəsinə müraciət etdim. Nazirliyin əməkdaşı İlqar bəy mənimlə əlaqə saxladı. Zəng vuraraq ilk sözü "sənin obyektinin qeydiyyatı yoxdur, sənə cərimə düşür. Sən isə hələ şikayət edirsən", - dedi. Sual verdim ki, Şəmkir rayonunda bir çox obyektlərdə neçə nəfər içi işləyir, neçəsinin sənədi var, bilirsiniz? Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan demək olar ki, heç bir obyektin işçilərinin maaş kartları yoxdur. Bu zaman mənə dedi ki, "yaxşı, səndən pul istəmirəm, gəl obyekti qeydiyyata sal".

Bir sözlə, 14 saylı Vergilər İdarəsinə kartdan karta pul köçürmənin sübutlarını təqdim etsəm də, heç bir tədbir görülmür. Mənim istixanam həyətyanı sahəmin içindədir. Mən də xahiş edirəm ki, bütün istixanalar yoxlanılsın və onlar da qeydiyyata götürülsün.

Bir çox sahibkarlara güzəştlər olunub. Amma məni məcburi qaydada qediyyata göndərirlər.

Burada tikinti materialları satılan obyektlər də vergidən yayınır. İşçilər iş saatından artıq işlədilir. Nəzarət edən yoxdur. 14 saylı Vergi İdarəsinin rəis müavini Zaur müəllim də şikayətlərə laqeyd yanaşır.

Bağırov Samirin dediyinə görə, işlənmiş yağı Bak şəhərindən gətirərək, Şəmkirdə istixanalara satır. Rayonda vergi idarəsi düzgün iş aparmır. Hər kəs qanunsuzluqla məşğuldur.

Son illərdə Şəmkirdə obyektlərin sayı dəhşətli dərəcədə artıb. Dövlətə köçürülən pullar isə yəqin ki, artmır. Bütün obyektlər yoxlanılsın, alqı-satqı məlumatlarına baxılsın.

Mən səlahiyyətli qurumlardan xahiş edirəm, Şəmkirdə olan sahibkarların obyektinə nəzarət olunsun ki, kimsə vergidən yayına bilməsin. Vergi əməkdaşları bəzi maraqlar qarşılığında sahibkarlara güzəştlər edirlər. Obyektlərin hamısı vətəndaşa çek vermir.

Bu gün Şəmkirdə işçilərin hər birinin əmək kitabçası olsa, qanunsuzluq nisbətən azalar. Vergidən yoxlama gələn kimi işçiləri obyektdən qaçırdırlar".

Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, şikayətçilər qarşılaşdıqları vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə,  Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. 

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 May 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri