Icma.az
close
up
RU
Sən canından bezmisən, mən canımdan bezməmişəm Məhkəmə

Sən canından bezmisən, mən canımdan bezməmişəm Məhkəmə

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tərtər rayonunda 19 yaşlı oğlan həmyerlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin avqustun 29-da Tərtər şəhəri, Heydər Əliyev prospektində baş verib. 2007-ci il təvəllüdlü Əmir həmyerlisi Namiqi (adlar şərtidir – red.) küt əşya ilə vurub. 
Həmin gün gecə saat 01:00-da Heydər Əliyev prospekti ərazisində həmkəndlisi Vahid ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobillə yaşadıqları kəndə qayıdarkən həmin vaxt eyni markalı avtomobil onları təhlükəli formada ötərək keçib. 
Tərtər rayon sakini Namiqin də sərnişin qismində əyləşdiyi “Mercedes Benz 190” markalı avtomobilin onları təhlükəli ötmə əməliyyatı etməsi və onları sıxışdıraraq yoldan çıxarması səbəbindən mübahisələri yaranıb. 
Bu zaman Əmir Vahidin həmin avtomobilin sürücüsü Elmir, həmçinin avtomobildə sərnişin qismində əyləşmiş Namiq və onun qardaşı Nicatla mübahisə etdiyini görüb, onların mübahisəsinə müdaxilə edib.
Həmin vaxt Namiqin Vahidi döyməsi səbəbindən aralarında mübahisə yaranıb. Namiqin təşəbbüsü ilə baş vermiş mübahisə zamanı onun baş nahiyəsindən qəsdən müəyyən edilməyən küt əşya ilə bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib. 
Əmirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə gecə vaxtı olub:
“Biz köhnə avtovağzalda yerləşən mağazaya getmişdik. Mağazadan alış-veriş edərək oradan da dönər yeməyə getdik. Dönər yeyib qayıdan zaman körpünün üstündə olanda tanımadığım avtomobil ötmə əməliyyatı etdi. Ötmə əməliyyatı edən avtomobil bizim üzərimizə gəldi. Həmin vaxt olduğumuz avtomobilin sürücüsü ötən avtomobili saxlatdırdı və ona belə maşın sürməzlər, nəsə ola bilərdi, avtomobildə adam olduğunu dedi. Ötən avtomobilin sürücüsü cavab olaraq “mən belə sürürəm” dedi və üzərimizə gələn zaman bizim avtomobil səkiyə dəydi. Vahid həmin sürücüyə “sən canından bezmisən, mən canımdan bezməmişəm” ifadəsini səsləndirdi”. 
Əmir qeyd edib ki, daha sonra onun yanında olan şəxslər avtomobildən düşüblər: “Sonra mübahisə yarandı və avtomobildə olan şəxslərdən birini vurdum. Mən avtomobilin yanına gələrək onları aralamaq istəmişdim. Buna baxmayaraq onlar üzərimə hücum çəkdiklərindən dalaşmağa məcbur oldum. Zərərçəkmişi taxta parçası ilə vurmuşam”. 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq Əmirə 3 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri