Icma.az
close
up
RU
Sən desən də o işi görəcəklər, deməsən də... Elnarə Abdullayeva

Sən desən də o işi görəcəklər, deməsən də... Elnarə Abdullayeva

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ailə dəyərləri və gənclərin evliliyə yanaşması ilə bağlı səsləndirilən fikirlər yenidən ictimai müzakirələrə səbəb olub. Xalq artisti Xalidə Quliyevanın gənclərin ailə qurmadan əvvəl bir müddət birlikdə yaşaması ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə və cəmiyyətdə birmənalı qarşılanmayıb. Sənətkar hesab edir ki, gənc oğlan və qız ailə qurmazdan əvvəl bir-birini daha yaxından tanımalı, müəyyən müddət eyni həyatı paylaşmalıdır. Onun sözlərinə görə, bu, gələcəkdə qurulacaq ailənin daha sağlam və davamlı olmasına kömək edə bilər.
“Mən bunu bu gün anlayıram. Gənc oğlanla qız tanış olurlar. Nə isə onların fikirləri uyğun gəlirsə, bir müddət görüşməlidirlər, bir müddət bir yerdə olmalıdırlar, bir müddət eyni həyatı yaşamalıdırlar. Teatra, kinoya getməlidirlər, bir-birlərini tanımalıdırlar. İki-üç il birlikdə yaşasınlar ki, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar. Məncə, belə olmalıdır”, – deyə Xalidə Quliyeva bildirib.
Bu barədə Əməkdar artist Elnarə Abdullayeva Demokrat.az-a açıqlama verib. 
O deyib ki, hər kəs həyata necə baxırsa, elə də yaşayır:
“Vallah, bu məsələlər bizim nəsə deməyimizlə dəyişən şeylər deyil. Kim necə düşünürsə, öz həyatını da ona uyğun qurur. Açığı deyim ki, mənim üçün əsas məsələ insanların xoşbəxt olmasıdır. Kim necə yaşayırsa, yaşasın. Quran haqqı, mənim üçün belə məsələlər maraqlı deyil. Kim nə edirsə, özü bilir. Sən desən də o işi görəcəklər, deməsən də. Hər insan öz yolunu, öz həyatını yaxşı bilir.  Əlbəttə, bizim cəmiyyətin öz mental dəyərləri, ailə ənənələri var və illərlə formalaşmış baxışlar mövcuddur. Amma zaman dəyişdikcə insanların münasibətlərə yanaşması da dəyişir. Kimi bunu qəbul edir, kimi etmir. Bu isə artıq şəxsi baxış məsələsidir. Mənim fikrimcə, münasibətdə əsas olan hörmət, sevgi, səmimiyyət və qarşılıqlı anlaşmadır. Çünki ailəni ayaqda saxlayan əsas dəyərlər bunlardır. Biz özümüzü öldürsək belə, insanlar sonda yenə öz istədikləri həyatı yaşayacaqlar”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyun 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri