Icma.az
close
up
RU
“Sən ilanın üstünə gedəndə o yetim nə etməlidir ki?!” Zooloq: “Zəhərin dadına baxmaq olar”

“Sən ilanın üstünə gedəndə o yetim nə etməlidir ki?!” Zooloq: “Zəhərin dadına baxmaq olar”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bakı şəhərinin ətraf qəsəbələrində evlər, həyətlərdə ilanları görməkdə qeyri-adi heç nə yoxdur”.

Bu sözləri "Yeni Sabah"a Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib.

Onun sözlərinə görə, may ayından etibarən hava şəraiti ilə əlaqədar bütün ilan növləri sutkalıq hərəkətdə olur:

“Çimərlikdə də ilanın mövcudluğunda qeyri-təbii bir şey yoxdur. Dənizkənarı ərazi su ilanlarının yaşayır yerlərindən biridir. Hətta yaz və yay aylarında dənizkənarı bulvarın aşağı daşlıq hissələrində su ilanlarının özlərini günə verdiyini görə bilərik. Yəni şəhər su ilanlarının yaşayış yerlərinə bitişikdir.

Biz onların yaşayış yerlərində çimirik, amma ilanı görəndə təəccüblənirik ki, bu, burada nə gəzir? Xalq arasında bir ifadə var: “ilan mələyən yerlər”. İlanların yaşadığı yerlər kol-koslu, siçan-siçovullu yerlərdir. Belə ərazilərdə çoxlu gizlənmə yerləri olur. Amma yayın istisində sərinlənmək, yaxud yumurta qoymaq üçün bəzən kiminsə bağına, evinə, hətta iş yerinə girə bilər.

Bakının ətraf qəsəbələrində evlər, həyətlərdə ilanları görməkdə qeyri-adi heç nə yoxdur. Şəhərin mərkəzinə isə ilanlar təsadüfən hansısa yük maşını, yaxud əşyanın içərisində gəlib çıxır. Yoxsa sürünənin şəhərin mərkəzində nə işi var?! 

Mənə zəng edib deyirlər ki, niyə son aylar ilanların sayı kəskin artıb? Biz ilanların yaşadığı yerlərdə məskunlaşırıq və ilanlar da daha kənar ərazilərə çəkilməyə başlayır. İlanların artmasından söhbət gedə bilməz, əksinə onların yaşadığı yerlərdə insan sayının artmasından söhbət gedə bilər.

Abşeron ilanları geniş bir ərazidə səpələnmiş formada yaşayırdı. Sonradan tikintilər artdığı üçün ilan başını götürüb daha sakit yerlərə çəkildi. Bədbəxt ilan hansı gününə artsın?! İlana yaşamağa imkan veririk ki?!” 

Zooloq ilan sancması zamanı ilkin müdaxilə qaydalarından da danışıb:

“İlanların hamısı zəhərli deyil. Azərbaycanda 30, Abşeronda isə 10-a yaxın ilan növü var. Təkcə gürzə zəhərlidir. Digər tərəfdən, zəhərli, yaxud zəhərsiz heç bir ilan insana hücum etmir. Əksinə, insan görəndə qaçıb gizlənir. Amma biz ona gizlənmə imkan verməyəndə, o da özünü müdafiə etmək üçün sancmalıdır da. Sən onun üstünə gedəndə o yetim nə etməlidir ki?!

Zəhər bədənə qan vasitəsi ilə keçir, qana keçməsə heç bir ziyanı yoxdur. Əgər ağız nahiyəsində hansısa açıq yara yoxdursa, hətta zəhərin dadına baxmaq da olar. İlan sancan yeri kəsmək, doğramaq, yandırmaq olmaz. Sadəcə üzərini spirtləyib, sarıyıb həkimə getmək lazımdır. Həkimə çatana qədər çoxlu maye içmək lazımdır”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyun 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri