Icma.az
close
up
RU
Sən kimsən ki, bizə başından boyundan yekə məsləhətlər verirsən?!

Sən kimsən ki, bizə başından boyundan yekə məsləhətlər verirsən?!

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Parlamenti hər kvartalın əvvəli (ya da axırı) yatıb yuxuda görür ki, Azərbaycanda insan hüquq və azadlıqları pozulub. Ardınca isə həmin yuxudan hövlanək oyanır, yuxuyozmaya belə ehtiyac duymadan “əməlisaleh” deputatlarını (hansı ki, “əsrarəngiz” korrupsiya cinayətlərində adları keçib) bir araya yığır, dərhal iclas keçirir və öz aləmində bizə barmaq silkələyir!

Ən qəribəsi də bilirsinizmi nədir? Sadəcə silkələyir. Vəssalam. Üstəlik, öz təpərinə (oxu: təpərsizliyinə), kəramətinə (oxu: kəramətsizliyinə), hörmətinə (oxu: hörmətsizliyinə) bələd ola - ola! Özünü tanıya - tanıya! Özünüifşanı və özünürəzilliyi gözə alaraq!

O boyda “həşəmətli” qurumu rişxənd obyektinə çevirərək!

Avropa Parlamenti sanki öz üzərinə kvota öhdəliyi götürüb ki, maksimum 2-3 aydan bir Azərbaycanı hədəf alacaq və əleyhimizə qətnamə qəbul edəcək. Çünki bunun başqa adı yoxdur: Davamlı iftiraların, hüdudsuz sərsəmləmələrin, açıq qərəzin və aşırı hədsizliyin gerçəkdən başqa adı yoxdur!

Bekar adamlar! Maskalı demokratlar! Saxta carçılar!    

1 milyon qaçqın və köçkün 30 il ərzində min cür zülmə məhkum oldu, cınqırığınız belə çıxmadı. Ukraynaya (guya) bu tərəfdən dəstək verib, o biri tərəfdən Rusiya ilə 8 milyard avroluq qaz müqaviləsi bağladınız - utanıb yerə girmək yadınıza belə düşmədi. Qardaş Türkiyəni sırf siyasi səbəblərdən təşkilat kandarında qoydunuz, 50 cür saxta bəhanə ilə qurumdan kənar saxladınız - abırınıza kor olmaq xəyalınızın ucundan belə keçmədi!

Ən nəhayət: 15 dekabr 2022-ci il tarixində özünüz öz daxilinizdəki (və rəhbərlik səviyyəsində reallaşan!!!) korrupsiyanı ifşa edən qətnaməni çıxardınız - amma buna görə kimdənsə üzr istəmək, günahı, yerində olmadığınızı, ucuz mahiyyətinizi etiraf etmək ağlınıza belə gəlmədi!

Qayıdaq bizimlə bağlı qətnaməyə...

Sənəddə prioritet ismlərdən biri kimi Anar Abdullayevdən bəhs edilir.

Daha doğrusu, onun da adı əsas paraqrafda “siyasi məhbus” kimi keçir...

İndi isə hər kəsə sadə və tək sual ünvanlayım:  Bu zamana qədər - ha siyasət sferası olsun, ha jurnalistika, ha da qeyri ixtiyari sahə - qarşınıza Anar Abdullayev adında birisi çıxıbmı? Demirəm son 10 il, lap 20 il, 30 il, 40 il - nə vaxtsa belə bir imzaya rastlamısınızmı? Tanıyırsınızmı onu?!

Şəxsən mən tanımıram. Rastlamamışam. Və əminəm ki, hər kəs də eyni qənaəti (cavabı) bölüşür...

Yaxşı, bəs bizim tanımadığımızı görəsən Avropa Parlamenti haradan tanıyır?! Necə tanıyır? Kim(lər)in, nə(lər) in vasitəsi ilə tanıyır?

Sualımı tam dəqiqləşdirsəm: Görəsən yenə hansı ciblərə ötürülən hansı  “material”lar, hansı əskinazlardır, bu  mindilliləri, minsifətliləri danışdıran?!

Deyirlər, Əli Kərimli qeyd-şərtsiz azad edilməlidir. Xeyir ola? Niyə?

Sən axı bədbəxt və urvatsız bir siyasi təşkilatsan, niyə özünü Nürnberq məhkəməsi kimi aparırsan?

Sən axı divarları korrupsiya suvağı ilə hörülən şeytan üçbucağısan, niyə özündən (saxta) Femida obrazı yaratmağa çalışırsan?

Sən axı, müharibə cinayətkarlarından “hərbi əsir” düzəldən, qərarlaşdığın inzibati binanın 100-cə addımlığında misilsiz cinayətlər törədən mehmanhüseynov, turalsadıqlı, qənimətzahid, orduxanorduxanlı, məhəmmədmirzəli kimi anti-milli ünsürlərin yaramaz əməllərinə, onların bəslənməsinə, cəzasız qalmasına göz yuman qurumsan, niyə özünü demokratiyanın allahı, insan hüquq və azadlıqlarının qibləsi kimi təqdim etmək, göstərmək çabasındasan?

Hər şey bir yana qalsın e... Sən ümumiyyətlə kimsən ki, bizə başından - boyundan yekə məsləhətlər verirsən, əmrlər verirsən, hökmlər verirsən?

***

Avropa Parlamenti 1952-ci ildə yaranıb və onun ilk adı belə olub: “Avropa Kömür və Polad Birliyi İnstitutu”

Məncə siz köhnə işinizə qayıdın, cənablar... Kömür işinə.

Ən azından əliniz və üzünüz qara rəngə (işlərə) bulaşanda, malalamaq üçün bir səbəbiniz olsun. Ona görə!

Elşən Musayev

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri