Icma.az
close
up
RU
“Sən nə qədər fahişə ilə danışırsan” Sözlərinə görə törədilən qətldə 17 il cəza verildi

“Sən nə qədər fahişə ilə danışırsan” Sözlərinə görə törədilən qətldə 17 il cəza verildi

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Masallıda törədilən qətlin təfərrüatı məlum olub. Hadisə “sən nə qədər fahişə ilə danışırsan” ifadəsinə görə baş verib.

Yenisabah.az xəbər verir ki, Sabirabad rayon sakini, 24 yaşlı İsrafil Cavadov Samux rayon sakini, 40 yaşlı Sirus Mehdiyevi qətlə yetirib.

Onları Masallıya aparan səbəb iş olub. Hər ikisi rayonda olan istixanalardan birinin söküntüsündə iştirak etmək məqsədilə Masallıya gedib. Orada kirayə evdə qalıblar. Hadisə baş verən gün hava yağışlı olduğu üçün işə çıxmayıblar.

Sirus və İsrafildən başqa onların kirayələdikləri evdə daha iki nəfər də olub. Onlar birlikdə yeyib-içməyə gediblər.

İsrafil məclisdən kənara çəkilərək telefonla danışıb. Onun dediyinə görə istədiyi qızla danışırmış. İsrafil maşına əyləşərək telefonla danışmağa davam edib. Bir neçə dəqiqə sonra Siruz və digər şəxslər maşına əyləşib. Bu zaman İsrafil yenə də telefonla danışırmış.

İsrafilin telefonla danışdığını görən Siruz “sən nəqədər fahişə ilə danışırsan” deyib. Bu sözlər İsrafilin xoşuna gəlməyib, amma telefonla danışmağa davam etdiyi üçün reaksiya verməyib.

Evə çatan zaman İsrafil Siruza yaxınlaşaraq niyə həmin ifadəni işlətdiyini soruşub. Hadisə zamanı hər iki sərxoş olub.

İsrafilin dediyinə görə Siruz üzr istəmək əvəzinə onu söyüb və üzünə şillə vurub. Əvvəlcə əlbəyaxa olublar. İsrafil bildirib ki, Siruza gücü çatmadığı üçün masanın üzərindən bıçaq götürərək ona iki zərbə endirib. Bıçağın dəstəyi qırılaraq yerə düşüb.

Siruz bıçaqlanandan sonra qışqırmayıb, sakitcə divana əyləşib. Evdə olan digər şəxslər İsrafildən nə baş verdiyini soruşublar. İsrafil Siruzu vurduğunu və ona kömək etmələrin xahiş edib. Evə təcili yardım çağırılıb. Təcili yardım gələnə qədər Siruz vəfat edib. İsrafil də polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməlindən peşman olan İsrafil xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsi maddəsi ilə razılaşmayıb. Əməlinin qəsdən adam öldürmə maddəsinə tövsif edilməsini istəyib.

Lakin məhkəmə İsrafili xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilərək 17 il müddətinə azadlıqdan məhrum edib./Musavat.com


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri