Icma.az
close
up
RU
Sənan Qurbanov bu iki oyunda nəyi dəyişə bildi?

Sənan Qurbanov bu iki oyunda nəyi dəyişə bildi?

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi” Samir Abasovla vidalaşandan sonra “sükan arxasında” hələ ki akademiyanın əlaqələndiricisi Sənan Qurbanov dayanır.

Onun ilk sınağı “Turan Tovuz”a qarşı oldu. Keyfiyyətsiz meydança, sönük oyun və sonda hərəyə 1 xal. Digər matç isə daha vacib “Zirə” səfəri idi. Kubok oyununda 90 dəqiqə ərzində qaydalar çərçivəsində qapılara yol tapılmadı, 116-cı dəqiqədə “Zirə” hesabı açdı.
Əslində bu 30 dəqiqədə “Neftçi” qol vurmağa daha çox can atmalıydı. Çünki “Zirə”nin qapısında penalti qaytarmaq üzrə “ixtisaslaşan” Tyaqo Silva var idi. Lakin “Neftçi” müdafiəyə oturdu, oyundan sonra da futbolçular dedi ki, matçı penalti seriyasına aparmaq istəyirdik.
Sənan Qurbanov bu iki matçda nə etdi, komandada nəyi dəyişə bildi? Hər iki oyundan sonra mətbuat konfransında ona belə sual verildi. Cavabında “komandada qlobal dəyişiklik etmək olmazdı” dedi. Düzdü, heyətdə, az da olsa, dəyişiklik var idi. Oyun planı baxımından isə tərəqqi yox idi.
Niyə dəyişiklik etmək olmazdı? Dəyişiklik olmayan halına görə Samir Abasov hazırda “Neftçi”nin baş məşqçisi deyil. Elə ona görə də nəyisə dəyişmək lazım idi axı. Sənan Qurbanovun kubokun ikiqat kubok qalibi olması müəyyən ümid verirdi. Lakin göründü ki, 2 yox e, 49 titul qazanan Aleks Ferqyuson da gəlsə, xeyri yoxdu. Daha doğrusu, bu “Neftçi”yə xeyri yoxdu.
Sənan Qurbanov heç bir dəyişiklik edə bilmədiyindən onun dövründə “Neftçi” camiəsinə ilk “gecəniz xeyrə!” mesajını “Zirə”nin futbolçusu Junior Martins verdi...
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri