Icma.az
close
up
RU
Senator: Azərbaycanın təcrübəsi Rumıniya üçün mühüm nümunədir

Senator: Azərbaycanın təcrübəsi Rumıniya üçün mühüm nümunədir

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rumıniya parlamentinin üzvü, senator Kristian Sipos Rumıniya-Azərbaycan dostluq qrupu çərçivəsində ölkəmizə rəsmi səfəri barədə video və yazılı məqalə şəklində müsahibə verib. O qeyd edib ki, səfər zamanı ikitərəfli münasibətlərin gücləndirilməsi ilə yanaşı, Azərbaycanın inkişaf modeli və təbii sərvətlərindən istifadəsi diqqət mərkəzində olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, senator müsahibəsində Azərbaycanın müstəqilliyini 1991-ci ildə yenidən qazandığını vurğulayaraq, Rumıniyanın bu müstəqilliyi tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb. O, Azərbaycanın öz təbii ehtiyatlarını (xüsusilə təbii qaz və neft) ağıllı şəkildə idarə etməsini, əldə olunan gəlirlərin isə vətəndaşların rifahına yönəldilməsini yüksək qiymətləndirib. “Azərbaycan deyəndə ilk ağıla gələn təbii qazdır”, - deyə K.Sipos bildirib və əlavə edib ki, ölkə beynəlxalq şirkətlərlə əməkdaşlıq etməyi bacarır və maliyyə intizamına ciddi yanaşır. O bildirib ki, səfər çərçivəsində Azərbaycanın Baş naziri və Milli Məclisin üzvləri ilə keçirilən görüşlər də xüsusi önəm daşıyırdı. Diqqətə çatdırıb ki, Azərbaycanın Milli Məclisi 11 milyon əhalisi olan ölkədə cəmi 125 deputatdan ibarət olsa da, effektiv fəaliyyət göstərir.

Senatorun iştirak etdiyi digər rəsmi tədbir isə Bakıdakı Corc Enesku heykəli önünə Azərbaycan hökumətinin təşkil etdiyi gülqoyma mərasimi olub. Səfər zamanı nümayəndə heyəti Azərbaycanın məşhur "Araz" mağazalar şəbəkəsi ilə də tanış olub. Bu mağazalar sosial bərabərliyi qorumaq məqsədilə bütün əhali qruplarına münasib qiymətlərlə məhsullar təqdim edir və bu sistem Rumıniyada mövcud pərakəndə satış strukturu ilə müqayisədə fərqlənir. Energetika, ticarət və turizm kimi sahələrdə əməkdaşlıq imkanları da səfərin gündəliyində yer alıb. Senator K.Sipos bu dialoqların iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində əhəmiyyətli olduğunu bildirib və Rumıniyanın öz milli dəyərlərini qorumaqla yanaşı, Azərbaycanın uğurlu təcrübəsindən də dərs çıxarmalı olduğunu qeyd edib. Senator sonda qeyd edib ki, mövcud çağırışlar qarşısında Rumıniya öz milli kimliyini yenidən qiymətləndirməli və strateji qərarlar qəbul etməlidir. Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi Rumıniya üçün iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm nümunə ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri