Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq olunur

Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq olunur

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda cari ilin birinci yarısında müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi şuranın iclasında icraçı direktor, şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məlumat verib. O, 2025-ci il üzrə yarımillik dövrdə “Bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyası çərçivəsində görülən işlərin davam etdirildiyini bildirib. Alim iş çərçivəsində şəbəkə mühitində bulud resurslarının optimal seçilməsi və intellektual idarə edilməsi, rəqəmsal dövlətin kibersuverenliyində infrastruktur və platforma suverenliyinin yaradılması, eyni zamanda, bulud əsaslı SCADA sistemlərində şəbəkə resurslarının optimal sintezi üçün metod və modellərin işlənməsi, eləcə də bu sistemdə süni intellekt texnologiyalarının tətbiqi ilə təhlükəsizlik məsələlərinin həlli üçün mexanizmlərin işlənməsi ilə bağlı aparılmış tədqiqatların nəticələrini təqdim edib.

R.Ələkbərov qeyd olunan elmi problem üzrə “Mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda aparılan elmi tədqiqatların yekunlaşdığını diqqətə çatdırıb. Alim rəqəmsal dövlət mühitində verilənlərin emalı mərkəzlərinin enerji istehlakının optimal idarə olunması, o cümlədən mobil hesablama buludlarında fərdi məlumatların təhlükəsizliyi üçün mexanizmlərin işlənməsi, eləcə də tibbi sağlamlıq sensorlarının bulud əsaslı platformalara inteqrasiyası və digər məsələlərin araşdırıldığını vurğulayıb.

Şöbə rəhbərinin sözlərinə görə, struktur bölmədə Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə “Kiberfiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi” və “IoT şəbəkə infrastrukturunda kiberinsidentlərin vurduğu ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, internet şəbəkəsi və superkompüter texnologiyalarının problemləri üzrə isə “Paylanmış hesablama sistemlərində Grid texnologiyalarının tətbiqi”, “Naqilsiz şəbəkə texnologiyaları: inkişaf mərhələləri, problemləri və təhlükəsizlik məsələləri”, “Proqramla idarə olunan şəbəkə sistemlərinin müasir vəziyyəti və mövcud problemlərinin araşdırılması” və digər mövzular üzrə tədqiqatlar davam etdirilib.

Sonra R.Ələkbərov yarımillik dövr ərzində 9 məqalənin “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə, 5 tezisin isə respublika və beynəlxalq səviyyəli konfranslara təqdim edildiyini söyləyib.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini nəzərə çatdırıb.

Daha sonra R.Ələkbərov şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

Şöbənin yarımillik hesabatına dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbədə aparılan tədqiqatların aktual elmi problemlərə həsr olunduğunu söyləyib. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb, həmçinin bulud suverenliyi problemlərinin tədqiqinin əhəmiyyətinə toxunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see225

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see217

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see200

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see187

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see184

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see176

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri