Icma.az
close
up
RU
Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb AZƏRTAC

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 dekabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin 2024-cü il üzrə hesabatı müzakirə olunub.

Bu barədə AZƏRTC-a institutdan məlumat verilib.

Hesabatı təqdim edən şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi struktur bölmənin illik elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib.

Məruzəçi müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparıldığını bildirib. Qeyd edib ki, cari ildə şöbədə “Kiberfiziki geosistemlərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda araşdırmalar aparılıb, “Təcili və təxirəsalınmaz tibbi yardım xidmətində kiberfiziki geosistemlərin konseptual modelinin yaradılması”, “Zəlzələ baş vermiş ərazilərdə xilasetmə əməliyyatlarına kiberfiziki sistemlərin tətbiqi” adlı məqalə və tezislər hazırlanıb.

A.Səmidov şöbədə “İnternet mühitində reklam, marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə araşdırmaların davam etdirildiyini diqqətə çatdırıb.

Sonra “Süni intellektə əsaslanan jurnalistikada: problemlər və perspektivlər” mövzusu üzrə aparılan tədqiqatlardan bəhs edən şöbə rəhbəri qeyd edib ki, cari ildə “Jurnalistikada ənənəvi mediadan yeni mediaya keçid üzrə rəqəmsal transformasiya problemləri”, “Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri”, “Süni intellekt texnologiyalarına əsaslanan jurnalistikada kibertəhlükəsizlik problemləri” kimi məqalə və tezislər hazırlanıb.

A.Səmidov nüfuzlu beynəlxalq jurnallarda dərc olunan məqalələr, eyni zamanda, şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə məlumat verib.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək Multimedia Texnologiyaları Mərkəzinin illik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim “Təcili və təxirəsalınmaz tibbi yardım xidmətində kiberfiziki geosistemlərin konseptual modelinin yaradılması”, eləcə də “Zəlzələ baş vermiş ərazilərdə xilasetmə əməliyyatlarına kiberfiziki sistemlərin tətbiqi” mövzuları üzrə aparılan tədqiqatların genişləndirilməsinin, bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılmasının vacibliyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri