Icma.az
close
up
RU
Sənaye Parkı Naxçıvanın etibarlı və dayanıqlı iqtisadi inkişafında yeni mərhələ açacaq ŞƏRH AZƏRTAC

Sənaye Parkı Naxçıvanın etibarlı və dayanıqlı iqtisadi inkişafında yeni mərhələ açacaq ŞƏRH AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 6 dekabr, Nail Əsgərov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 5 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Sənaye Parkı yaradılır. Bu Fərman Naxçıvan Muxtar Respublikasının ölkənin milli iqtisadiyyatına tam və dolğun inteqrasiyası istiqamətində mühüm bir addımdır. Hələ 13 sentyabr 2019-cu il tarixli Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərmanın 7.1, 7.2 və 7.3-cü bəndlərində də müəyyən edilən “Naxçıvan Muxtar Respublikasında yaradılan Sənaye Məhəllələri” ifadəsindən də aydın olur ki, muxtar respublikada Şərur Sənaye Məhəlləsindən sonra yeni Sənaye məhəllələri və ya parklarının yaradılması da nəzərdə tutulub. Yəni dövlətin iqtisadi prioritetlərində Naxçıvanın uzunmüddətli sosial-iqtisadi inkişafı strateji məsələ kimi yer alır. Təbii olaraq, bütün bu proseslərin səmərəli şəkildə tənzimlənməsi Sənaye Park və məhəllələrinin makroiqtisadi inkişafdakı yerinin, rolunun və əhəmiyyətinin yüksəldilməsi ilə də özünü göstərmiş olacaq.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov deyib.

O qeyd edib ki, dövlət başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə qəbul edilən Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında da muxtar respublikanın davamlı makroiqtisadi inkişafında sənayeləşmə siyasətinin əhəmiyyəti vurğulanıb və burada Sənaye Park və məhəllələrinin yaradılması məqsədəuyğun hesab olunub. Prezidentin Fərmanına əsasən yaradılacaq Naxçıvan Sənaye Parkının əhatə edəcəyi ərazi muxtar respublikanın, əsasən, əkinçilik bölgəsi olan Arazboyu düzənlik sahəsində yerləşir. Həmin sahə əkinçilik məhsullarının 90 faizini özündə cəmləşdirir. Bu da o deməkdir ki, Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün kifayət qədər xammal ehtiyatları mövcud olacaq. Bu isə, təbii olaraq, parkın sənaye əhəmiyyətinin yüksəldilməsində həlledici mərhələni təşkil edəcək. Beləliklə, Naxçıvan Sənaye Parkı muxtar respublikanın digər regionlarında da yeni, dayanıqlı kənd təsərrüfatı sahələrinin yaradılmasını və sənaye əhəmiyyətli məhsulların istehsalını stimullaşdıracaq.

"Beləliklə, Naxçıvan Sənaye Parkının yaradılması, bir tərəfdən kiçik və orta sahibkarlıq subyektlərinin inkişafında mühüm mərhələ olacaq, digər tərəfdən zəruri infrastruktur təchizatlarının yaradılmasına təkan verəcək. Bununla da muxtar respublikanın yeni reallıqlar müstəvisində etibarlı və dayanıqlı iqtisadi inkişafında yeni mərhələni təmin etmiş olacaq", – deyə Cavadxan Qasımov əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri