Sənayemiz ilk ayda 5,5 milyard manatlıq məhsul
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar ayında 5,5 milyard manatlıq sənaye məhsulu istehsal olunub.
Komitədən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artım qeydə alınıb.
Sənaye məhsulunun 61 faizi mədənçıxarma, 31,9 faizi emal, 6,3 faizi elektrik enerjisi, 0,8 faizi isə su təchizatı sektorlarnda istehsal olunub.
Qeyd edək ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.Hesabat ilində neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri–neft–qaz sektorunda isə 7,3 faiz artıb.
Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma, 29,8 faizi emal, 4,9 faizi elektrik enerjisi, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 18 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















