Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Allah, mənə bir az bəxt ver,

bir az da vaxt, yaşayım.

Bir az ömrümdən yaşayım,

Bir az sərvaxt yaşayım.

Mənə gecələr yuxu,

Səhərlər gümrahlıq ver.

Mənə bir damcı qorxu,

Bir damcı toxtaqlıq ver.

Bir az ümiddən yolla,

Bir az işıq at, bəsdi.

Bir az ağıl ver, seçim

Nə bəsdi, nə əbəsdi.

Bir az mərhəmət göndər,

Bir də, bol-bol məhəbbət.

Bircə sənə yazmağa

Bir yerim olsun xəlvət.

Bir tikə çörək tapım,

Bir parç su, yaşayaram.

Bir də, qızımı qoru,

Nə versən, daşıyaram.

AYNUR ÜÇÜN

Qızım, paltarını yığ, yığış gedək,

daha buralarda bir işimiz yox.

Bizim indimiz yox, keçmişimiz yox,

bircə yolumuz var, o da gələcək.

Biz güclü deyilik, zəifik, zəif,

gələr üstümüzə daşla adamlar.

Baş aça bilmərik nə istəyirlər

Bu cavan adamlar, yaşlı adamlar.

- Hara gedəcəyik? - Burdan uzağa.

- Orda məktəb varmı? - Əlbəttə ki, var.

- Bəs, təzə evimiz, orda qalmayaq?

- Bizsiz də o evdə qalan tapılar.

Daha sual vermə, cavabım yoxdur,

hər gün əsəblərim itir bu yerdə...

Darıxma, nənənə zəng eləyərsən,

dayına bir məktub yazarsan hərdən.

Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,

uzun yolumuz var - üzü qüruba.

Qırmızı kərpicdən evimiz olsa,

bir də şimal qışı, balaca soba.

Niyə geyinmirsən, gözləmirəmmi?

Deyirsən, qaranlıq düşübdü artıq?

Eybi yox, bu gün də qalası olduq,

Səhər paltarları yığışdırarıq.

***

Qapqara bir kağızın

Üstündə möhür - işıq...

Bu sirli tapmacanın

Cavabını tapmışıq.

ən mötəbər sənədə -

ulduzlar damğa vurub

yerə yaman baxırlar

göyün üzündə durub...

bayram var yuxarıda -

qonaqlar sağlıq deyir.

Gecənin yiyəsinə

Yaxın olmaq istəyir.

Aydı padşah seçilən

Qaranlığın üzünə...

hökm edib səhərədək

tacı verəcək Günə.

NAĞIL

Mənim ömrüm nağıldı -

nə gəzirsən içində?

Yoxdur bir qəhrəmanım

sən cilddə, sən biçimdə.

Sən bu dar küçələrdə

azarsan, karıxarsan.

Birdənəm, bu nağılda

özün də darıxarsan.

Axtarma almaları,

almalar əvvəl vardı.

Gecikdin, divlər gəldi,

gördü, aldı, apardı...

Sona çatır nağılım:

biri var, biri yoxdu.

Nə gəzirsən, qırxıncı

qapının sirri yoxdu.

Boylanma, baxma yola -

nə işıq var, nə də it.

Hələ ki görən yoxdu,

Gələn yoxdu, özün get.

***

sənə qədər bilmirdim

belə də ola bilər

hissə-hissə yaşana bilər məhəbbət.

məsələn, yalnız səs qulaqları ala bilər,

təbəssüm ürəyi.

pencək əlləri çağırar.

mən bilmirdim

insanlardan daha çox aradakı

məsafə çığırar,

ağrıyar çıxılmazlığa.

Bilmirdim, barmaqlardan da almaq olar dodaqların hərarətini.

Soyuq həmişə isinməyə işarə deyil,

qaranlıq yaxınlıq üçün deyil həmişə.

İndi çox şeyi bilirəm

və məəttəl qalmıram bu işə...

***

Bütün navalçalardan

Səsin süzülürdü

Leysandan sonrakı ömrümə.

Alnımda -

saçlarımla qaşlarımın arasında qırısmış ağrının yeri açılırdı.

İçilirdi sudan tutmuş zəhərədək

hər şey,

Buta dadırdı.

Əllərim məni oda dartırdı.

Ömrüm boyu axtardığım

Məchul özü tapılmışdı

Naxışlı masada

“Məni yerimə qoy” deyə.

Ürəyimdəki rəflərdən köhnə

Qab-qacaqları süpürüb atırdım küçəyə.

Gecədən qalma göz yaşı quruyurdu,

Nə qırmızıydı, nə çəhrayı

Məlhəmini tapmış xəstə rəngindəydi

qızılgül çiçəyi.

Yerindən çıxmısdı dünyanın oxu.

Ömür boyu axtardığım tapmacanı,

Otağımdakı çəkməcəni,

Məni,

Şəhərləri, adamları...

Hər yanı işgal eləmişdı

Dadını bilmədiyim qoxun...

Rəbiqə Nazimqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Oktyabr 2026 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri