Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir gün məni axtararsan,

məndən gen düşən sevdiyim.

Nağıldan sonra alma tək

gözümdən düşən sevdiyim.

Axtararsan, axtararsan

tapa bilməzsən sən məni.

Atanda bir baxaydın da

hayana atmısan məni.

İşdən də xəbər alarsan,

“yerində yoxdu” deyəllər...

Özünü divardan asıb

harasa çıxdı - deyəllər...

***

Qırışların arasından

yavaş-yavaş axır qan,

mənsə əlimlə silirəm üz-gözümün tərini.

Nəsə yazıb o dərzi qız

iynəsiylə kürkümə:

oxuyuram sətir-sətir bu tikiş yerlərini.

Yavaş-yavaş axır qan,

get-gedə qızarır dan...

Adamlar göyə açıb boş ovcunu hələ də,

qopur yalvarış dolu dualar dillərindən.

Bir uşaqsa gül tutub

Tanrıya uzatdığı balaca əllərində.

Yavaş-yavaş çıxır can...

Və heç nəyi olmayan

bu yalqız oğlu yalqız

ayrılıq məqamında götürüb gedir ancaq

yarıyacan çəkdiyi siqarı külqabıdan.

Və bu da sonuncu an:

yarat məni, Yaradan.

***

Günəşin zirvələrdə unudub atdığı

qar kimi tənha qalsam da...

Bir az iş-güc qatır başı,

bir az da yazı-pozu:

sənsiz yaşaya bilirəm,

narahat olma, Qızım.

Amma yaşaya bilmirəm, bilmirəm.

Bir az səndən zəhləm gedir,

bir az da özümdən.

Narahat olma, Qızım -

sənsiz yaşamaq mümkünmüş deyə

yavaş-yavaş düşürsən gözümdən.

İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm...

Narahat olma, Qızım -

öldürdüyün gündən bəri yavaş-yavaş

dirilirəm:

o dünyadan bu dünyaya hər gün bir az

köçürəm.

Amma yaşaya bilmirəm, bilmirəm...

Hərdən züm-zümə edirəm,

hərdən də ulayıram...

Narahat olma, Qızım -

yavaş-yavaş sağalıram iflicdən,

məsələn, artıq səni xatırlayanda

başımı bulayıram.

Amma yaşaya bilmirəm, bilmirəm...

İstəsəm taparam səni -

atıb gedən qadınların hamısı

eyni yerə yığışırlar əslində...

Amma axı nəyə lazım, mən ki sənsiz

ölmürəm.

Amma yaşaya bilmirəm, bilmirəm...

Narahat olma, Qızım -

mən şəhərdə gəzəndə

insanlar bir adamlıq kənardan keçirlər,

sanki yanımda yeriyirsən deyə..

***

Başımı çırpıram dəmir qapına,

ağrıyır min illik zədə başımda.

Başımla döyürəm qapını, sevda,

nə evdən çıxırsan, nə də başımdan.

Mən əkin taleli qara torpağam,

sən biçin qismətli əlacsız çiçək...

Bir az da, bir az da məndən kənar dur

ki sənnən bir qoşa şəkil çəkdirək.

Sanki məndən gəlir gözünün yaşı,

Sanki gözlərin də mənimdi bu gün.

Qara hörüyünü döy kürəyinə -

zəncir vur, aşura günümdü bu gün.

***

Vaxt var idi, göz yaşı azadlıq simvoluydu:

vaxt var idi, yox idi qulun ağlamağ haqqı.

Nəysə... ruhu şad olsun aldığımız

canların.

Heç çoxu içilmədi axıdılan qanların...

Ey bizim əsrimizin gözəllik salonları,

savaşda Janna Darkın saç düzümü

necəydi?

Beyrəyin köynəyinin vardı yuyulmağ

haqqı?

Döşünə döymədilər qürrələnən igidlər,

döydülər qaragözlü atlarının döşünə...

Sürtülməkdən zay oldu Pikassonun fırçası

Fəzlullah Nəiminin otuz iki dişinə.

Dünyanı anlamaqçün

bax o topal Teymurun

axsaq ayaqlarıyla möhtəşəm yerişinə.

Və bu boyda can atma nəvazişə, tumara:

sığal haqqı boydadı bədənin şallağ haqqı.

Göy üzü ərşə qalxan əzablarla doludu.

Yer kəsilib atılmış əzalarla doludu:

Nil çayının sol qolu Babəkin sağ qoludu.

Tökür Kleopatra Ümid burnunun suyun

Lüdovikin üzülmüş Dardanel boğazına.

Bu dünyanın gərdişi pioner şeypuruyla

gör nə gözəl züy tutub Dədə Qorqud

sazına.

Bəs oğlum Tural hanı...

Qazılıq dağındadı,

gün gələr enər ordan Qazilik dağın tutar.

Savaşların mənası: bu qəsbkar vətənlər

öz oğlun basdırmağa özgə torpağın tutar.

Və tutar bulaq gözün tutulmuş torpağ

haqqı.

O hansı ölüm idi - qapısı arxasında

bir kişini atının yəhərində gözlədən?

O hansı çılpaq idi - natəmiz əlləriylə

müqəddəs yerlərini ayıb sayıb gizlədən?

O təkgözlü əncirin necoldu

yarpağ haqqı?!

***

Ölüb yıxılasan yıxılanda da...

Salxım buzlar kimi sınıb gedəsən...

Deyirlər torpağın altı soyuqdu,

nola, qəbrinə də yanıb gedəsən.

Gözlərin tavana dəyib - qayıda,

ürəyin atlanıb çöllərə düşə...

Salıb itirəsən xatirələri,

ancaq etibarlı əllərə düşə.

Öləsən bir düşmən sevindirəsən,

ardınca barı bir “sağ ol”un ola ...

Gözünü qapaya bir qız əlləri -

bu, sənin ilk qadın sığalın ola!..

Salam Sarvan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Aprel 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri