Icma.az
close
up
RU
Seneqal Fransa müstəmləkə qüvvələri tərəfindən törədilən qətliamın qurbanlarının xatirəsini anır AZƏRTAC

Seneqal Fransa müstəmləkə qüvvələri tərəfindən törədilən qətliamın qurbanlarının xatirəsini anır AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 2 dekabr, AZƏRTAC

Seneqalda 1944-cü ildə Dakar yaxınlığında Fransa müstəmləkə qüvvələri və jandarmları tərəfindən afrikalıların Tiaroye qətliamının 80-ci ildönümünü qeyd edilib. Anım mərasimində iştirak edən Komor Adalarının, Qabonun, Qambiyanın və Qvineya-Bisaunun prezidentləri fransız müstəmləkə qüvvələri tərəfindən qətlə yetirilmiş və Tiaroye qəbiristanlığında dəfn edilmiş afrikalıların məzarları üzərinə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, mart ayında Prezident seçilmiş Bassiru Diomaye Faye əvvəlki dövlət başçıları tərəfindən 80 il ört-basdır edilmiş bu anım tədbirini daha geniş miqyasda keçirmək niyyətini bəyan edib. Bu tədbir Fransanın hadisələrə rəsmi açıqladığı, seneqallıların və bir çox tarixçilərin fikirlərinin üst-üstə düşdüyü ilk anım mərasimidir. Belə ki, Fransa Prezidenti Emmanuel Makron müstəmləkə qüvvələrinin 1944-cü il dekabrın 1-də Dakar yaxınlığındakı Tiaroyedə kütləvi qırğın törətdiyini ilk dəfə olaraq etiraf edib.

Həmin gün müstəmləkə qüvvələri Avropadan vətənə qaytarılan və tərxis olunmaq üçün Tiaroye hərbi düşərgəsində yerləşdirilən afrikalılara atəş açıblar. Fransa müstəmləkə qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilmiş həmin afrikalılar, əslində, borclarının ödənilməsini tələb edirdilər.

Fransanın sabiq Prezidenti Fransua Olland 2012-ci və 2014-cü illərdə Seneqalda “kütləvi qırğın” sözünü işlətmədən qanlı repressiyalardan danışıb. Fransa hakimiyyəti o vaxt ən azı 35 nəfərin öldüyünü etiraf etmişdi. Bir neçə tarixçi qurbanların daha çox, yəni, 400-ə qədər olduğunu bildirirdi.

Prezident Faye AFP-yə bildirib ki, Tiaroye qətliamının ildönümü heç vaxt belə geniş şəkildə anılmayıb. Bu yeni yanaşma Fransaya bunun kütləvi qırğın olduğunu etiraf etməyə məcbur etdi. “Fransa əsarət altına aldı, müstəmləkəçi oldu və elə də qaldı. Rolları tərsinə çevirsəniz, başqa bir ölkənin Fransada hərbi bazasının ola biləcəyini çox çətin hesab edərsiniz”, - deyə Prezident Faye bildirib.

Eyni zamanda, Seneqal Prezidenti Fransanın bu ölkədəki hərbi bazalarını bağlamalı olacağını açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri