Icma.az
close
up
RU
Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Dünyada uzunmüddətli münaqişələr və geosiyasi gərginliklər davam edir. İqtisadiyyat zəifləyir, iqlim dəyişikliyi, səhiyyə, təhsil və texnoloji inkişafla bağlı qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Seneqalın sabiq Prezidenti, Afrika İttifaqının sabiq sədri Maki Sall XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış” mövzusunda panel iclasında səsləndirib.

Maki Sall bildirib ki, böhranların qarşısının alınması mexanizmlərinin gücləndirilməsi, sülhməramlı əməliyyatların daha səmərəli təşkili və BMT ilə regional təşkilatlar arasında koordinasiyanın artırılması vacibdir. Eyni zamanda, inkişaf sahəsində əməkdaşlıq da yeni yanaşmalar tələb edir.

Sabiq dövlət başçısı çoxtərəfliliyin yenidən canlandırılmasının da əsas prioritetlərdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, dialoq, dinləmə və kompromisə əsaslanan diplomatiya yalnız yenilənmiş və inklüziv çoxtərəfli sistem çərçivəsində inkişaf edə bilər. Bu baxımdan, BMT-də islahat və onun fəaliyyətinin daha səmərəli təşkili böyük əhəmiyyət daşıyır.

Maki Sall onu da əlavə edib ki, çoxtərəfli əməkdaşlıq sistemində insanların maraqları yenidən mərkəzə qoyulmalıdır. Bərabərsizliyin azaldılması, qadınların səlahiyyətləndirilməsi və gənclərə yönələn investisiyaların artırılması beynəlxalq gündəliyin əsas prioritetlərindən olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri